Qalmaqal. "Neftçi" "Böyük oyun"dan imtina edir

Qalmaqal. "Neftçi" "Böyük oyun"dan imtina edir
ÖLKƏ FUTBOLU 9 Fevral 2014 / 11:46 7769
-  A +

Topaz Premyer Liqanın 20-ci turunda bu günə nəzərdə tutulan "Xəzər Lənkəran" - "Neftçi" oyunu baş tutmaya bilər.

Qol.Az saytına açıqlamasında bu barədə "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib.

O, qeyd edib ki, buna səbəb qarşı tərəfin təhlükəsliyi təmin etməməsidir.

"Xəzər Lənkəran" klubu heç bir təhküsəzliklik tədbiri görməyib. Bu gün səhər qaldığımız otelin qarşısında "Neftçi"nin avtobusu "Xəzər Lənkəran" azarkeşləri tərəfindən daş-qalaq edilib, şüşələri sındırılıb. Əgər oyun başlamamış vəziyyət bu həddə çatıbsa, matçın gedişində bundan da pis hallar baş verə bilər. Buna görə də biz Bakıya qayıdırıq" - deyə o bildirib.

 

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner