Güvənc Kurtar: "Hakim futbolçularımızda qorxu yaratdı"

Güvənc Kurtar: "Hakim futbolçularımızda qorxu yaratdı"
ÖLKƏ FUTBOLU 8 Fevral 2014 / 17:58 2561
-  A +

"Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı dirəyinə tuş gələn zərbəmiz oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Güvənc Kurtar "İnter"lə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis hakimin oyun ərzində verdiyi qərarlardan şikayətlənib: "Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik.

Bu cür məğlubiyyət üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu”.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner