Syomin: "Futbolçulara nəsə demək düzgün deyil"

Syomin: "Futbolçulara nəsə demək düzgün deyil"
ÖLKƏ FUTBOLU 8 Fevral 2014 / 17:33 3583
-  A +

"Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Qarabağ"la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis futbolçularının hər birinin bu gün qələbə üçün çalışdığını bildirib: "Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner