"Qarabağ" liderliyə yüksəldi, "İnter" qələbə qazandı

"Qarabağ" liderliyə yüksəldi, "İnter" qələbə qazandı
ÖLKƏ FUTBOLU 8 Fevral 2014 / 16:54 14926
-  A +

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda Qəbələnin eyniadlı komandası Ağdamın "Qarabağ" klubunu qəbul edib. Komandaların turnir cədvəlindəki xalları baxımından bu qarşılaşma liderlik mübarizəsi kimi qiymətləndirilirdi.

Belə ki, "Qəbələ" və "Qarabağ" müvafiq olaraq I və III pillələrdə qərarlaşıb. "Qarabağ" qələbə qazanarsa, liderliyə yüksələcək, "Qəbələ" qalib gələcəyi təqdirdə isə, liderliyini möhkəmləndirəcəkdi. Bu görüşdə Reynaldonun vurduğu yeganə qolla qələbə qazanan "Qarabağ" klubu liderliyə yüksəlib.

Digər oyunlarda "Rəvan" "İnter"i qəbul edib və rəqibinə 1:2 hesabı ilə uduzub. AZAL isə öz meydanında "Sumqayıt"ın müqavimətini qıra bilməyib - 2:2.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.







8 fevral (şənbə)

14:30.“Qəbələ” – “Qarabağ” - 0:1
Qol:
Reynaldo, 74 (0:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov
Qəbələ şəhər stadionu

Matçın 79-cu dəqiqəsində "Qəbələ"nin qapısına təyin olunan penalti zərbəsini Riçard Almeyda dəyərləndirə bilməyib. Almeydanın zərbəsini "Qəbələ"nin qolkiperi Kamran Ağayev zərərsizləşdirib.


15:00.“Rəvan” – “İnter” - 1:2
Qollar:
Aleksandr İaşvili, 17 (0:1), Oke Akpoveta, 56 (1:1), Vaqif Cavadov, 90+5-pen (1:2)
Qırmızı vərəqə: Hüseyn Axundov, 44 ("Rəvan")
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov
"Bayıl Arena"

15:00.AZAL – “Sumqayıt” - 2:2
Qollar:
Nedo Turkoviç, 45 (1:0), Tərzin Cahangirov, 59 (1:1), Viktor İqbekoyi, 80 (2:1), Pərdis Fərcad-Azad, 88-pen (2:2)  
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov
"AZAL Arena"


9 fevral (bazar)

15:00.“Simurq” – “Bakı”
Hakimlər:
Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov 
Zaqatala şəhər stadionu

16:00.“Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu




Turnir cədvəli

N
O
Q
H
M
T-F
X
1
20
11
6
3
32-12
39
2
20
12
2
6
30-17
38
3
19
11
4
4
30-19
37
4
  İnter
20
10
3
7
31-23
33
5
  Bakı
19
9
3
7
34-22
30
6
19
6
7
6
17-24
25
7
  Simurq
19
6
7
6
19-17
25
8
  AZAL
20
6
7
7
20-27
25
9
  Rəvan
20
1
6
13
11-39
9
10
20
1
5
14
13-37
8



Bombardirlər:

Vaqif Cavadov (İnter) - 10 qol
Reynaldo (Qarabağ) - 8 qol
Mindauqas Kalonas (Bakı) - 7 qol
Daniel Subotiç (Qəbələ) - 7 qol
Leonardo da Silva (Qəbələ) - 7 qol
Əfran İsmayılov (Bakı) - 6 qol
Etame Mbilla (Xəzər Lənkəran) - 6 qol
Rauf Əliyev (Bakı) - 6 qol

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner