Futbol üzrə Fransa Liqa kubokunda hazırda davam edən "Nant" - PSJ oyununda qonaqların hücumçusu Zlatan İbrahimoviç baxımlı qola imza atıb. Rəqib qapıçının uzaqlaşdırmaq istədiyi top Zlatanın ayağına düşüb. O isə təxminən 30 metr məsafədən mükəmməl zərbə ilə topu qapıya göndərib.