«Bakı» Bolqarıstanın MOİK klubunun yarımmüdafiəçisi Coze Rui ilə gələn həftə müqavilə bağlaya bilər. Qol.Az-a açıqlamasında paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov belə deyib: «Portuqaliyalı yarımmüdafiəçi sol cinah yarımmüdafiəçisi mövqeyində oynayan sürətli futbolçudur. Menecerlər bu oyunçunu bizə təklif ediblər. Həmin mövqe komandamızda axsadığından, Coze Ruini transfer etməkdə maraqlı olduq». Məmmədov MOİK-in yarımmüdafiəçisinin transfer qiymətini də açıqladı. Bolqarıstan mətbuatı portuqaliyalı futbolçunu almaq istəyən klubun 240-250 min avrodan keçməli olduğunu yazmışdı. Amma «Bakı»nın vitse-prezidenti Runin transfer qiymətinin 150 min avro olduğunu vurğuladı: «Biz onu icarəyə götürmək istəyirik. 6 ay komandamızda çıxış etdikdən sonra transfer hüququna yiyələnə bilərik. Bildiyimə görə, indi MOİK-in maddi vəziyyəti yaxşı deyil. Klubun oyunçuya müəyyən qədər borcu qalıb. Sofiya komandasının rəhbərliyi Ruinin keçidinə razılıq verib. Artıq yarımmüdafiəçinin meneceri ilə də danışmışıq. Onlar gələn həftə Azərbaycana gəlib buradakı şəraitlə maraqlanacaqlar. Bu məsələ gələn həftə dəqiqləşəcək». «Bakı»nın vitse-prezidenti komandanın yarımmüdafiəçisi Romal Hüseynovun Türkiyənin «Giresunspor» klubuna keçidinə də aydınlıq gətirdi: «Romalı 6 aylıq icarəyə veririk. Onunla bir başa müqavilə bağlayacaqlar. Hüseynovun transferində klubumuzun vitse-prezidenti Tunc Afşarın xidməti oldu. Biz də şərait yaradırıq ki, Romal gedib orada özünü göstərsin». Hazırda «Giresunspor»un düşərgəsində olan «Bakılı»nın hücumçusu Vasif Əliyevin də Türkiyəyə göndərilməsində «Bakı» rəhbərliyinin böyük rolu olub.
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu