Qurban Qurbanov: "Oyundan razı qalmadım"

Qurban Qurbanov: "Oyundan razı qalmadım"
GÜNDƏM 19 Yanvar 2014 / 17:37 3218
-  A +

"Qalib gəlsək də, oyundan razı qalmadım. Komandada müəyyən çatışmazlıqlar hiss olundu. Futbolçular istəkli idi, qələbə qazanmağa çalışırdılar. Ancaq səhvlərimiz də az olmadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Dinamo" (Buxarest) ilə yoxlama matçından (1:0)sonra deyib.

O, qeyd edib ki, komandada olan müəyyən boşluqlar təbiidir və çempionatın ilk turlarında bu çatışmazlıqlar aradan qalxacaq: "Futbolçuları indiki halda çox da qınamaq düzgün olmaz. Çünki onlar fiziki cəhətdən çox yüklənir.İndi bütün futbolçular formada ola bilməz.  Hazırlığın sonunda isə istədiyimiz oyunu onardan tələb edə bilərik".
 

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə