"Real" (Madrid) klubu və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Qızıl top"u qazanması üçün beş səbəb məlum olub.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu aşağıda qeyd olunan göstəricilərə əsasən bu mükafatı qazana bilər.
Futbol komanda oyunu ola bilər, amma... - Futbol bir komanda oyunu ola bilər. Ancaq "Qızıl top" şəxsi mükafatdır. Ronaldo son dönəmlər karyerasının ən yaxşı çıxışını edib. Bu səbəbdən "Qızıl top"u qazanmağa ən birinci namizəd hesab olunub.
69 qol - Ronaldo ötən il oynadığı 59 matçda 69 qol vurmağı bacarıb. Bu isə onun dünyanın ən yaxşı futbolçusu adını qazanması üçün yetərlidir. Portuqaliyalı hücumçunun "Qızıl top"u qazanması üçün tək əngəl 2013-cü ildə "Real"ın kubok qazanmamasıdır.
Messi və Riberidən üstün olması - Riberi, ötən il komandası ilə çox kubok qazanıb. Ancaq bu uğurda yalnız fransalı yarımmüdafiəçinin rolu olmayıb. Messi isə zədə səbəbindən iki ay yaşıl meydanlardan uzaqda qalıb. Əgər bu kubok dünyanın ən yaxşısına verilirsə, Ronaldo bir addım öndədir.
Ölkəsinin millisinində mühüm rolu - Ronaldo Portuqaliya yığmasının "DÇ-2014"ə getməsini təmin edən ən önəmli futbolçulardan biri oldu. İsveçlə qarşılaşmada vurduğu qollarla ölkəsinə böyük sevinc yaşatdı.
Baş məşqçilərindən dəstək - "Real"ın baş məşqçisi Karlo Ançelotti və Portuqaliya millisinin çalışdırıcısı Paulo Bentunun hücumçu haqda dediyi müsbət fikirlər Ronaldonun bu mükafatı qazanmasında rol oynaya bilər.
Qeyd edək ki, "Qızıl top"un yeni sahibinə bu axşam aydınlıq gələcək.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi