Futbolda bu cür rüsvayçılıq olmamışdı (FOTOLAR)

Futbolda bu cür rüsvayçılıq olmamışdı (FOTOLAR)
GÜNDƏM 2 Yanvar 2014 / 11:43 3945
-  A +

Şotlandiyanın “Partik Tisl” klubunun 19 yaşlı futbolçusu Qari Freyzer gülünc vəziyyətə düşüb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Freyzer komandanın açıq məşqində, jurnalistlərin və azarkeşlərin gözü qarşısında kolqotkada və balet geyimində hazırlıq prosesinə çıxıb.

Bu isə heç də futbolçunun hansısa mərcdə uduzması ilə əlaqədar deyil. Məsələ burasındadır ki, Freyzer ötən həftə komandasının məşqində özünü ən pis tərəfdən göstərən futbolçu olub. Ona görə də komandanın baş məşqçisi gənc oyunçuya belə rüsvayçı halda meydana çıxmağı tapşırıb.

Qeyd edək ki, icarə qaydasında “Partik”də çıxış edən Freyzer heç cürə əsas heyətə düşə bilmir. Bu mövsüm o, cəmi dörd oyunda Şotlandiya çempionatının oyununa çıxıb.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər