Nazim Süleymanov: “Neftçi” məğlub olmadı, məğlub etdilər"

Nazim Süleymanov: “Neftçi” məğlub olmadı, məğlub etdilər"
GÜNDƏM 20 Dekabr 2013 / 19:02 3929
-  A +

“Nəticə məni qane etmir, hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq, lakin qısa zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu “sındırdı”.
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov AZAL-la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Neftçi"nin 2 futbolçusunun qırmızı vərəqə almasına münasibət bildirib. Qeyd edib ki, hakim görüşdə çoxlu səhvlərlə yadda qalıb ki, bu da "Neftçi"nin məğlubiyyətinə səbəb olub:  "Futbolçular hisslərinə hakim olmalıdır. Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda 18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir edir. Futbolçular daha diqqətli oynamalıdır. “Neftçi” bu oyunda məğlub olmadı, məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdır”. 

Daha çox


Son xəbərlər