Syomin: "Əsas komandamın ürəkdən oynaması idi"

Syomin: "Əsas komandamın ürəkdən oynaması idi"
GÜNDƏM 20 Dekabr 2013 / 16:01 2333
-  A +

"Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm. Bəzi hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Bakı" ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis komandasının güclü rəqibə qalib gəldiyini bildirib: "Bu gün biz güclü komandaya qalib gəldik. “Bakı” ötən tur “Qarabağ”ı məğlub etmişdi. Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu iki fərqli hissəyə bölmək olar. Birinci hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə əks-hücum taktikası ilə oynadıq”.

Daha çox


Son xəbərlər