“Hazırlığım yüksək səviyyədə keçmişdi. Demək olar ki, karyeramın ən yaxşı formasında idim. Amma idmanda gözlənilməyən, plandankənar hadisələr olur".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanı və “Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Matias Pelklə döyüşdən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
"Təəssüf ki, döyüşə 2 həftə qalmış çiynimdən ağır zədə aldım. Sağ çiynimin bağları qopdu. Zədədən sonra həkimlər mənə döyüşməməyi məsləhət gördülər. Hətta buna qadağa qoydular. Amma müqavilələr bağlanmışdı, Almaniyadan promouter ölkəmizə gəlmişdi. Həm də çempionluq, kəmərə sahib olmaq həvəsim qarşısıalınmaz idi. Düşündüm ki, zədə 2 həftəyə sağalar. Müxtəlif tibbi vasitələrin köməkliyi ilə zədəmin bərpa olunacağını fikirləşdim. Əsasən də öz xarakterimə güvəndim. Amma bu 12 raundluq peşəkar boksdur. Zədə özünü 2-ci raunddan sonra biruzə verdi. Artıq 3-cü raundda özümü hiss etmirdim. Ağrılarım hədsiz şiddətli idi. Ona görə də döyüşü sona çatdıra bilmədim” - deyə F.Məmmədov bildirib.
Avropa çempionluğu uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşan boksçumuz bir müddət sonra revanş döyüşünün keçirilməsinin mümkünlüyündən bəhs edib. Fariz Məmmədov döyüş zamanı ona dəstəkləyən azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
“Müəyyən müddət sonra Matias Pelklə revanş matçına çıxmağı planlaşdırıram. Pelk döyüşdən sonra mənimlə Almaniyada revanşa hazır olduğunu söyləyib. Yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Yanvar ayında görüşün tarixi dəqiqləşəcək. Dekabrın sonunadək zədəmin bərpası ilə məşğul olacağam. Bərpa prosesinin ardından məşqlərə başlayacağam. Fevralın əvvəlində sınaq xarakterli reytinq döyüşünə çıxmağı planlaşdırıram. Daha sonra matç-revanşa hazırlaşacağam. Mənə dəstək verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Söz verirəm ki, məğlubiyyətin əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər