Braziliyada növbəti qalmaqal (FOTO, VİDEO)

Braziliyada növbəti qalmaqal (FOTO, VİDEO)
VİDEO 9 Dekabr 2013 / 16:49 1986
-  A +

Braziliya A Seriyasının sonuncu turu çərçivəsində keçirilən "Atletiko Paranaense" - "Vasko de Qama" matçı qalmaqalla yadda qalıb.

Qol.Az-ın məlumatına görə, matçın 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açmasından sonra iki komandanın azarkeşləri arasında insident yaşanıb.

"Vasko de Qama"nı aşağı diviziona göndərəcək hesabla (1:0) razılaşmayan qonaq azarkeşlər rəqib fanatlara xəsarət yetiriblər. Tribunadan düşən bir azarkeş yerindəcə ölüb. Polisin müdaxiləsi ilə insident daha da böyüyüb. Nəticədə polis gözyaşardıcı qazdan və silahdan istifadə etməyə məcbur olub.

Qeyd edək ki, oyun 75 dəqiqə sonra qaldığı yerdən davam etdirilib və görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.













Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər