İbrahim Sehiç rəsmən "Qarabağ"da

İbrahim Sehiç rəsmən "Qarabağ"da
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2013 / 13:35 6986
-  A +

"Qarabağ" klubu yeni futbolçu ilə heyətini gücləndirib.

Qol.Az saytına bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bir neçə həftə danışıqlar aparılan Bosniya və Hersoqovina milli komandasının qapıçısı İbrahim Sehiç artıq "Qarabağ"ın futbolçusudur. 26 yaşlı qapıçı ilə iki illik müqavilə imzalanıb.

İbrahim Sehiçin son klubu Türkiyənin "Mersin İdmanyurdu" klubu olub. Bundan əvvəl isə o, ölkəsində "Jelezniçar" klubunda çıxış edib.

Qeyd edək ki, A.Əsgərovun sözlərinə görə, yay transfer pəncərəsi bağansa da, yeni qapıçının meydana çıxmağında problem olmayacaq.

Daha çox


Son xəbərlər