Konte iddialara cavab verdi

Konte iddialara cavab verdi
XƏBƏR 7 Aprel 2026 / 14:24 1269
-  A +

"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya millisinə mümkün qayıdışı ilə bağlı iddialara münasibət bildirib.

QOL.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, klubdakı gələcəyinin hələ də qeyri-müəyyən olduğunu, millini çalışdıra biləcəyinin mümkünlüyünü etiraf edib:

"Media həmişə yazmağa bir şey tapır. Amma adımın namizədlər arasında görünməsi normaldır. Əgər mən də İtaliya Futbol Federasiyasının prezidenti olsaydım, özümü millinin baş məşqçisi vəzifəsinə namizəd hesab edərdim".

A.Konte İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasına toxunub: "Ardıcıl 3 dünya çempionatını buraxırıqsa, deməli, nəyisə dəyişmək lazımdır. Hamımız milli komanda ilə maraqlanmalı və bununla bağlı nəsə etməliyik"


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner