"Bu amillər rusları həyəcanlı oynamağa vadar edəcək"

"Bu amillər rusları həyəcanlı oynamağa vadar edəcək"
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2013 / 18:32 3820
-  A +

"Bu gün oyunçularımız hazırlıq baxımından yaxşı səviyyədədir. Milli komandada getdikcə rəqabət artmaqdadır. Yığmada oynamaq həm qürurvericidir, həm  maddi cəhətdən, həm də futbolçuların gələcək karyerası üçün çox sərfəlidir. Yəni onlar beynəlxalq arenalarda, Avropanın gözü qarşısında olurlar. Bu baxımdan Şimali İrlandiya ilə oyun həm bizlər, həm də futbolçular üçün çox vacib idi".

Qol.Az saytına açıqlamasında bu sözləri  "Turan" klubunun sabiq baş məşqçisi Əfqan Talıbov milli komandamızın Şimali İrlandiya ilə oyunu (2:0) haqda danışarkən deyib.

Veteran futbolçu yığmamızın Şimali İrlandiya üzərindəki inamlı qələbə qazanmağının səbəblərindən danışıb. Bildirib ki, bu oyuna qədər Şimali İrlandiya millisi yığmamızı o qədər ciddi rəqib hesab etməyib: "İlk hissədə futbolçularımızda həyacan hiss olunurdu. İkinci hissədə isə komandamız özündə güc tapdı, psixoloji gərginlikdən çıxa bildi. Təbbi ki, bu da özünü hücumlarda biruzə verməyə başladı. Sağ cinahımız çox fəal oldu. Rəqibin İngiltərə Premyer Liqasında çıxış edən futbolçuları Rauf Əliyevin onlarla necə mübarizə apardığını görəndə, bu, onlara pis təsir edirdi. Bəlkə də buna qədər onlar Raufa üstən aşağı baxırdılar. Bu da futbolçularımızın istəyindən irəli gəlirdi. Həmin gün biz Şimali İrlandiyadan daha çox istəkli idik. Futbolçularımızı təbrik edirəm ki, ikinci hissədə çox gözəl oyun nümayiş etdirdilər. Sübut etdilər ki, bu gün heç kimdən geri qalmırıq".


Ə.Talıbov yığmamızın Rusiya millisi ilə sabahkı oyunu haqda da şərh verib. Qeyd edib ki, komandamız çəkinmədən mübarizə aparmalıdır: "Şimali İrlandiya ilə ikinci hissədə göstərdiyimiz oyunu ruslarala birinci hissədən nümayiş etdirməliyik. Çünki ruslar həyacanlı olacaq. Bizdə isə həyacandan söhbət gedə bilməz. Həm komndada gözəl atmosfer var, həm də itiriləcək bir şey yoxdur. Futbolçular hamısı sağlamdır. Əsasən orta xətdə diqqətli olmalıyıq. Çünki rəqib həmin mövqedə həmişə üstünlük əldə edir. Bütün oyunun müqəddəratını orta xətt müəyyən edəcək. Rusiya millisi müdafiədən çox tez çıxır. Cinahlardan ötürmələri də çox təhlükəlidir. Buna baxmayaraq dediyim kimi ruslar həyacanlı olmaldır, biz yox. Çünki Portuqaliyanın Lüksemburqa 5-6 qol vurmağı gözləniləndir. İlk oyunda Lüksemburq Portuqaliyaya çətin anlar yaşatmışdı. Ona görə də Lüksemburqu böyükhesabla məğlub etməyə çalışacaqlar. Belə olan təqdirdə bizim Rusiyanı məğlub etməyimiz Portuqaliyanı qrupda birinci yerə çıxara bilər.  Təbii ki, bu amillər rusları həyacanlı oynamağa vadar edəcək. İlk hissədə qol buraxmasaq, ikinci hissədə əks hücumların birində hesabı aça bilərik. Çünki ilk hissədə ruslar qol vura bilməsə, ikinci hissədə daha ehtiyatlı olacaqlar. Axı, uduzmaq ehtimalları olacaq. Məncə, bir hücumçu ilə oynayacağıq. Şimali İrlandiya ilə oyunda iki hüçumçu ilə oynasaq da, onlardan biri müdafiəyə çəkilirdi. Rüfətin qol vurmağına baxmayaraq, sabahkı oyunda Raufun oynamasını istərdim. Çünki o, rəqib müdafiəsində daha çox narahatlıq yaradır.  Araz Abdullayev uzaqdan zərbə ilə qol vura bilər. Raufun qol vurmağının yetişdiyini deyə bilərəm".

Ə.Talıbov ruslara qarşı açıq futbol oynamağın riskli olduğunu vurğulayıb: "Rusiya millisi ilə qapalı futbol oynamaq olar. Çünki onları bir xal qane etsə də, üstünlüyü bizə vermək istəməyəcəklər. İnanmıram ki, rəqib bizə imkan versin ki, sərbəst hücumlara başlayaq. Təbii ki, ilk dəqiqədən məşqçilərimiz hiss edəcək ki, Fabio Kapello hansı oyunu tədbiq edib". 

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır