"Azərbaycan millisi bizə sürpriz etməyə qadirdir"

"Azərbaycan millisi bizə sürpriz etməyə qadirdir"
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2013 / 15:18 3199
-  A +

"Rəqibin kimliyindən asılı olmayaraq, milli komandamızın qarşısnda yalnız qalib gəlmək məqsədi olmalıdır. Sakit şəkildə meydana çıxıb Azərbaycanı məğlub etməliyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri vaxtilə Rusiya millisnin ən yaxşı bombardirlərindən olan Vladimir Bestçasnıx yerli mətbuata açıqlamasında deyib.

"Spartak"ın sabiq hücumçusu  qrupda birinci yerdə olmasına baxmayaraq, Rusiya yığmasında çatışmazlıqların olduğunu bildirib: "Lüksemburqa qalib gəlsək də, heyətdə müəyyən problemlərin olduğu göründü. Məncə, Fabio Kapello bunlardan nəticə çıxaracaq. Azərbaycan millisinin həmin çatışmazlıqlardan istifadə etməsinə imkan vermək olmaz. Onu da deməliyəm ki, yığmamızın hazırkı heyəti ən yaxşı futbolçulardan təşkil olunub. Braziliyaya ancaq bu futbolçularla getmək olar".

Veteran futbolçu sabahkı oyunda komandaların şanslarını dəyərləndirərkən Rusiya yığmasının daha üstün olduğunu qeyd edib: "Əlbəttə, Azərbaycan millisi bizə sürpriz etməyə qadirdir. Ancaq bunun baş verəcəyini düşünmürəm".

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır