Şirokov: "Azərbaycan Lüksemburq deyil"

Şirokov: "Azərbaycan Lüksemburq deyil"
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2013 / 14:33 4112
-  A +

"Azərbaycanla oyunda ancaq qələbəyə köklənmişik. Ancaq bilirik ki,  heç-heçə edib üzülə bilərik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya milli komandasının yarımmüdafiəçisi Roman Şirokov DÇ-2014-ün seçmə mərhələsində oktyabrın 15-də yığmamızla qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Rusiya mətbuatına müsahibəsində o, Azərbaycan millisndən ehtiyatlandıqlarını bildirib: "Gözəl başa düşürük ki, Azərbaycan Lüksemburq deyil.  Üstəlik onlar öz meydanlarında güclü təsir bağışlayırlar. Seçmə mərhələinin son oyunlarında nəhayət azarkeşləri sevindirmək istəyirlər".

"Azərbaycan üzərində qələbəyə görə mükafat alacağınız müzakirə olunubmu?" sualına isə təcrübəli futbolçu belə cavab verib: "Rəqibə qələbə üçün mükafat verilirsə, yəqin bizə də verərlər. Ancaq bizim oyuna yaxşı köklənməyimiz üçün mükafata ehtiyacımız yoxdur. Biz ölkəmiz üçün oynayırıq, pula görə yox".

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu