“Neftçi”nin sabiq baş məşqçici Anatoli Demyanenko DÇ-2014-ün Azərbaycan – Rusiya oyunu ərəfəsində bu matçla bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis Rusiyanın “Sport den za dnyem” nəşrinə müsahibəsində bir sıra məqamlara toxunub.
- Çoxları bu fikirdədir ki, Azərbaycan Rusiyaya qarşı layiqli müqavimət göstərəcək.
- Bu komanda toparlanmağı, mübarizə aparmağı bacarır. Xüsusilə öz azarkeşləri önündə. Təsadüfi deyil ki, Azərbaycan millisi aparıcı komandalardan xal alıb. Əlbəttə ki, onların da probemi var. Amma Rusiya ilə oyuna yaxşı köklənəcəklər. Rusiya millisi də matça ciddi yanaşmalıdır. Bu halda onlarda hər şey alınacaq. Amma bir şey dəqiqdir ki, ruslara Bakıda rahat olmayacaq.
- Stadionda anşlaq olacaq?
- Bəli. Azərbaycan insanlar cənubludur, futbolu çox sevir. Yerli azarkeşlər Rusiya üzərindəki qələbəyə görə komandalarına keçmişdəki çox səhvi bağışlayar.
- Bu sözlərin siyasi alt mənası var?
- Bilmirəm. Amma MDB ölkələri bir-birilərinə çox böyük maraqla yanaşırlar. Azərbaycan da istisna deyil.
- Sizin fikrinizcə, Azərbaycan millisi necə oynayacaq? Müdafiə olunacaq, yoxsa hücum edəcək?
- Əks-hücum taktikası seçiləcək. Bu, şübhəsizdir. Onlar bunu yaxşı bacarırlar. Ümumiyyətlə, həm oyun, həm də intizam baxımından Azərbaycan komandası xeyli irəliləyib. Bu məsələdə baş məşqçi Berti Foqtsun rolu var.
- Rusiya millisi Azərbaycan komandasının hansı oyunçusundan daha çox ehtiyat etməlidir?
- Onlarda ulduz futbolçu yoxdur. Amma futbolçuları bütün cənublu oyunçular kimi, texnikalıdır. Onlarla sürətli oynamaq lazımdır. Rəqibə fikirləşməyə imkan verilməməlidir. Topa nəzarət Rusiya millisində qalmalıdır. Əks halda uğursuzluqla üzləşə bilərlər.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi