Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışov Şimali İrlandiya ilə oyundan (2:0) sonra şərəfini qoruduğu "Rubin" (Kazan) klubunun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, R.Abışov qarşıdakı Rusiya ilə oyunda fikirlərini bölüşüb.
- Ruslan, seçmə mərhələnin son oyununda oktyabrın 15-də Rusiya millisi ilə qarşılaşacaqsınız. Bu oyun sizin üçün prinspial xarakter daşıyır?
- Mən belə deməzdim. Ancaq doğma meydanda qələbə qazansaq, xalqımız çox sevinər. Şimali İrlandiya üzərindəki qələbədən sonra Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Azərbaycanda bu oyuna böyük maraq var. Əgər Rusiya ilə heç-heçə oynasaq, bu bizim üçün yaxşı nəticə olar.
- Qrup lideri olan bir komandanı məğlub etməyi planlaşdırmırsınız?
- Əlbəttə, biz Rusiya millisinə hörmətlə yanaşırıq. Nə də olmasa, qrup lideridir. Ancaq biz öz meydanımızda yalnız qələbəyə oynayacağıq. Bu oyuna yaxşı köklənəcəyik, ona görə də rəqibə asan təslim olmayacağıq.
- Millinin lideri olmaq və bunun sayəsində klubunda oyun təcrübəsi qazanmaq necədir?
- Bu asan deyil. Yaxşı və təcrübəli futbolçulardan təşkil olunmuş komandamız var. Xalqımız öz həmvətənlərinin çıxış etdikləri klubları yaxından izləyir. Çoxları soruşur: "Ruslan "Rubin"də niyə oynamır?". Bu futboldur. "Rubin"də güclü futbolçular çoxdur. Bunu yaxşı başa düşürəm, məşq edirəm və öz şansımı gözləyirəm.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi