"Rusiya millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağına şübhəm yoxdur. Çünki Portuqaliya İsraillə heç-heçə oynamaqla bizə böyük kömək etdi. Hərçənd millimiz daha öncədən istədiyi nəticəni əldə edə bilərdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "İTAR-TASS" agentliyinə açıqlamasında deyib.
Rusiya millisinin sabiq baş məşqçisi Bakıda onları çətin oyun gözlədiyini bildirib: "Bakıdakı oyun bizim üçün asan olmayacaq. Şimali İrlandiya ilə oyunun ikinci hissəsində meydan sahibləri fiziki cəhətdən rəqibi üstələdilər və xeyli qol imkanları yaratdılar. Azərbaycan - Rusiya oyunu haqda proqnoz vermək çətindir.
Çünki rəqibimiz Şimali İrladiya ilə görüşdə həm müdafiədə, həm də hücumda aktiv oyun nümayiş etdirdi. Oyunu izləyən hər kəs Azərbaycanın necə ciddi və təhlükəli rəqib olduğunu gördü. Onlarda hər şey çox yaxşı alındı. Azərbaycan millisində qapıçı Kamran Ağayevi qeyd etmək istərdim. O, bütövlükdə seçmə mərhələni yüksək səviyyədə keçirib. Ümumilikdə isə Azərbaycan millisi güclü komanda təsiri bağışlayır".
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 15-də, saat 22:00-da başlayacaq.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi