Foqts: "Altı ildə ilk dəfə məni alqışladınız"

Foqts: "Altı ildə ilk dəfə məni alqışladınız"
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2013 / 23:40 6248
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Şimali İrlandiya ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Şadam ki, qələbə qazandıq. Çətin keçən bir oyunda qalib gəldik. Baş məşqçi kimi birinci hissədən razı qala bilmərəm. Çünki ilk hissədə komandamız səhvləri ilə yadda qaldı. Sadəcə bəxtimiz gətirdi ki, qol buraxmadıq. İkinci hissədə isə taktiki dəyişiklik etdik və komandam necə gözəl oyun oynadığını göstərdi. Altı ildə məni ilk dəfə alqışladınız buna görə çox şadam. Fürsətdən istifadə edib qələbəni seçkilərdə qalib gəlmiş ölkə prezidenti İlham Əliyevə həsr edirik.


- Rəqib komandanın baş məşqçisi bildirdi ki, futbolçularınızın vaxtı uzatdığına görə siz ondan üzr istəmisiniz.

- İnana bilmirəm ki, o belə söz deyib. Nəyə görə üzr istəməliyəm? Nəsə olmayıb axı. Bu faktdır ki, 2:0 udmuşuq. Əslində o məndən üzr istəməlidir ki, Belfastdakı oyunda qələbəyə layiq biz idik. Onun yaşında mən də belə edərdim.

- İlk dəfə Azərbaycan millisi seçmə mərhələdə 8 xal qazandı. Sizin üçün 8 xal uğurdumu?

- 8 xaldan razı qala bilmərəm. İsraili və Şimali İrlandiya ilə səfər oyununda qələbə qazanmalı idik. Hələ səfərdə Rusiyanı da uda bilərdik. Buna görə də 8 xal məni qane etmir. Komandam daha yaxşısına layiq idi.

- Bəlkə yığmada qalıb işinizi davam etdirəsiniz?

- Növbəti suala keçin.

- Rusiya ilə oyunda heyətdə dəyişiklik olacaq?

- Sözsüz ki, komanda dəyişiləcək. Çünki bu çətin oyundan sonra həm psixoloji həm də fiziki baxımdan futbolçuların durumuna baxmalıyıq. Futbolçularımız 4 gündən bir oyuna hazır deyillər. Sevindirici haldır ki, Ruslan Abışov da artıq sıralarımıza qoşulacaq. Sabah günün birinci yarısından Rusiya ilə oyunun hazırlığına başlayacağıq.

Daha çox


Son xəbərlər