Vidadi Rzayev: "Görək, necə olacaq..."

Vidadi Rzayev: "Görək, necə olacaq..."
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2013 / 19:00 3090
-  A +

"Kəpəz" klubunun baş məşqçisi Vidadi Rzayevin Qol.Az saytına müsahibəsi

- Əvvəlcə "Kəpəz"in durumun öyrənmək istərdik. Komandanı qura bilirsiniz?

- Çalışırıq ki, tədricən komandanı komplektləşdirək. Təəssüflər olsun ki oyunçu yığa bilmədik. Ən son bizə qoşulan futbolçu Şahin Kərimov oldu. Başqa bir yenilik yoxdur. Futbolçuların əksəriyyətinin öz klubu ilə müqaviləsi var. Ona görə heç icarə əsasında da futbolçu gətirə bilmədik. Gözləyirik, görək, birinci dövrədən sonra nə olacaq.

- Komandada hansısa dəyişiklik gözlənilirmi?

- Qış transferində ola bilər ki, hansısa dəyişikliklər olsun. Bu da toplayacağımız xaldan asılıdır. Çoxlu xal toplasaq, Premyer Liqaya çıxmaq üçün mübarizəyə qoşula bilsək, dəyişiklik edəcəyik. Bir məsələ də var ki, gələn il məcburuq ki, 1993-cü il təvəllüdlü futbolçulara üstünlük verək.

- "Kəpəz" artıq birinci divizionda dörd oyun keçirib. Bu oyunlardan hansı qənaətə gəlmək olar?

- Hələ ki, çıxışları normal hesab edirəm. Heç rəhbərlik də qarşımıza Premyyer Liqaya çıxmaq və ya başqa məqədlər qoymayıb. Ən azından hamı başa düşür ki, bir həftəyə yığılan komandadan bunu tələb etmək olmaz. İndi çalışdığımız odur ki, mümkün qədər komandanı tez formalaşdıraq. Nə vaxt yaxşı transferlər olsa, yaxşı heyət qura bilsək, onda da qarşımıza tələbələr qoyulacaq. Yəqin ki, Premyer Liqaya çıxmağı özümüzə hədəf seçəcəyik. Bunun da nə vaxt olacağı dəqiq deyil.

- Kubokun püşkatmasında komandanız "Neftçi"yə rəqib oldu. Belə güclü rəqiblə erkən qarşılaşmaq  istərdinizmi?

- Bu, bizim üçün problem deyil. Kubokda bacardığımız qədər irəli getmək istəyirik. Ancaq "Neftçi" favoritdir. "Kəpəz" hələ indi yığılan komandadır. Ancaq dediyim kimi bizim üçün "Neftçi" və ya başqasının fərqi yoxdur.  Həmişə bu komandaların oyunu maraqlı olub. Lakin bu gün "Neftçi" bizdən aşkar üstündür. Bununla belə, biz də rəqibə müqavimət göstərəcəyik.

- Sabah milli komandamız Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsünüz?

- Seçmə mərhələ başlayanda millimiz haqda proqnoz vermişdim. Əfsuslar olsun ki, komandamızdan gözlədiyim alınmadı. Bildirmişdim ki, Azərbaycan yığması bu seçmə mərhələdə 15 xal toplayacaq. Ancaq təəssüf ki, komandamız Lüksemburq kimi komanda ilə iki dəfə heç-heçə etdi. Şimali İrlandiya ilə səfər oyunundan isə bir xalla qayıda bilmişik. Ona görə də düşünürəm ki, millimiz sabah öz meydanımızda daha inamlı çıxış edərək, 3 xal qazanacaq. Komandamız buna qadirik. Son vaxtlar yığmamızda inkişaf olduğunu görürəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər