"Son oyunda Lüskemburqa məğlub olduğumuz üçün çox məyusuq. Bakıda qələbə qazanmaq istəyirik. Komandada ciddi problem yoxdur. Ancaq iki futbolçunun oynaması sual altındadır".
Qol.Az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nil bu gün keçirdiyi mətbuat konfransında deyib.
Millimizlə oyunöncəsi jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis yığmamızı Rusiya və Portuqaliya ilə eyni səviyyədə gördüyünü bildirib:
"Azərbaycan millisini yaxşı tanıyıram. Rəqibin heyətində Cihan Özkara, Rahid Əmirquliyev və Rauf Əliyev kimi futbolçuların adlarını çəkə bilərəm. Azərbaycan millisi ötən illərlə müqayisədə daha yaxşı çıxış edir. Sabahkı oyun hər iki komanda üçün vacibdir. Rəqibin səviyyəsinə gəlincə rəqibimizi Rusiya və Portuqaliya kimi komandalarla eyni səviyyədə görürük".
- Berti Foqtsun Belfastda hakimlərin sizə köməklik göstərdiyi fikri ilə razısınız?
- Həmin oyunda erkən qol buraxdıq. Ancaq hakimin bizə kömək etməsi fikri ilə razı deyiləm. Çünki həmin görüşdə bərbərlik qolunu vurmağı haqq edirdik.
- Devid Hill Azərbaycan millisinə iki qol vurub. Onu niyə yığmaya çağırmamısınız?
- Təəssüf ki, o artıq karyerasını başa vurub.
- Sabahkı oyunda komandanızın əsas vəzifəsi nə olacaq?
- Biz əsasən gənc futbolçuları yoxlayacağıq. Təbii ki, qələbə qazanmaq istəyirik. Ancaq əsas məqsəd təcrübə toplamaqdır. Ona görə də seçmə mərhələni mümkün qədər yüksək pillədə bitirmək haqda düşünmürəm.
- Əgər Azərbaycan millisi qalib gələrək qrupda dördüncü pilləyə yüksəlsə, məyus olmayacaqsınız?
- Əlbəttə, məyus olacam. Qrupda hazırda 4-cü pillədəyik və komandam bu yerə layiqdir. Bu pilləni qorumağa çalışacağıq. Hərçənd futbolda hər şey olur.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı