Foqts: "Sabah komandamdan qələbə gözləyirəm"

Foqts: "Sabah komandamdan qələbə gözləyirəm"
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2013 / 12:50 2556
-  A +

"Hazırlığın gedişi məni qane edir. Hava şəraiti də buna imkan verdi. Ancaq komandamızda müəyyən zədədlilər var. Rəqibin güclü və zəif tərəflərini bilirik. Sərt oyuna üstünlük verirlər, hava mübarizələrində yaxşı təsir bağışlayırlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində yığmamızın Şimali İrlandiya ilə oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis millimizin sabahkı oyuna itki ilə çıxacağnı bildirib. Vaqif Cavadovun oynayacağı sual altındadır. Onun çiynində zədəsi var. Ruslan Abışov isə meydana çıxa bilməyəcək. Onun yoxluğu bizim üçün böyük itkidir. Ola bilsin ki, Ruslanın yoxluğunda mərkəzdə dörd futbolçu ilə oynadıq".

Foqts futbolçuların hazırkı durumundan razı qalmadığını deyib: "Keçən həftə çempionat  oyunlarını izlədim. Cəmi 2  qol vuruldu. Burada mentalitet məsələsi var. Hücumçular bir qoldan sonra rahatlaşır. Bunlara baxmayaraq sabahkı oyunda komandamdan qələbə gözləyirəm".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu sabah saat 21:00-da 8-ci kilometr stadionunda baş tutacaq.


Daha çox


Son xəbərlər