"Atletiko" (Madrid) klubu və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan ölkəsinin "NTVSpor" telekanalının qonağı olub. Təcrübəli futbolçu müsahibəsində özü və karyerası haqda maraqlı açıqlamalar verib.
- Madriddə yaşamaq çox gözəldi. Əlimdən gəldiyi qədər bu şəhərin dadını çıxarıram. Burada bir heyətlə çalışıram, bununla da sadəcə futbola köklənə bilirəm. İstedadıma hər zaman güvəndim. Burada sadəcə işimə köklənmək fürsətim oldu. Belə oluncada uğur gəldi.
MADRİDDƏ ÖZÜMƏ VƏ İŞİMƏ HÖRMƏT ETMƏYƏ BAŞLADIM
- Madriddə özümə və işimə daha çox hörmət etməyə başladım. İnsanların məni izlədiyini bilirəm, bu da məni daha çox motivə edir. Bəzən milli matçlardan daha çox uğur mesajı alıram. Burada olarkən ailəm çox rahatdır. Həyatda puldan daha önəmli şeyler var.
MİLLİ KOMANDA
- Macarıstanın Hollandiyadan xal alacağını düşünmürəm. Səfərdə Estoniyanı məğlub etsək, turnir cədvəlində önə çıxacağıq.
- Abdulla Avcıya haqsızlıq etməyək. Ən pis gündə taxtaya pley-off tarixini yazdı və bizi inandırdı.
- Abdulla Avcı tamamilə yeni bir komanda qurmuşdu, Fatih Terim də gəldiyində o komanda ilə davam etdi.
- Terimin də fərqli bir təcrübəsi var, ümid edirəm ki, onun başçılığı ilə Braziliyaya getməyi bacaracağıq.
- Hər gecə yatağa girərkən Braziliyanı xəyal edirəm. "Pley-off"a vəsiqə qazanacağımıza ümid edirəm.
"ATLETİKO MADRİD"
- "Atletiko" (Madrid) forması ilə çıxdığım ilk maçtda çox həyəcanlı idim. Top itirməmək düşüncəsiylə keçən bir maçt oldu. "Atletiko" azarkeşləri ilə aramda xüsusi bir münasibət var. Özümü bura aid hiss edirəm.
- "Atletiko" (Madrid) klubunun hədəfləri və mənə göstərdikləri sevgi çok önəmlidir.
- Dieqo Simeone dünyanın ən yaxşı baş məşqçisi olma yolunda irəliləyir.
- Simeone də davranışı ilə mənim xüsusi biri olduğumu hiss etdirir.
- Böyük hədəflərimiz var, hər oyuna qələbə qazanmaq üçün çıxırıq.
- Radamel Falkaonun boşluğunu doldurmaq məcburiyyətindəyik. David Vilya ilə Dieqo Kosta çox yaxşı bir ikili oldu.
- Komanda yoldaşlarımı evimdə qəbul edirəm. Türk yeməkləri yeyirik, kababı daha çox sevirlər.
- Filipe Luis ilə xüsusi bir dostluğumuz var.
- Klub müqaviləmi uzatmaq isədi, mən də xoşbəxt olduğum yerdə qalmaq qərarını verdim.
- Təzminat qiymətimin 41 milyon avro olmasını, oyunuma verilen qiymət kimi dəyərləndirirəm.
- Necə bir futbolçu olduğumu bilirəm. Rahatca topu birinin sağından atıb, solundan keçmərəm, ya da 40 metrdən zərbə endirmərəm.
- Bazar günü gecə başlayan matçları xoşlamıram, çünki yuxunu daha çox sevirəm.
- İspanyada azarkeş mədəniyyəti çox öndədir. İdman yarışlarını izləməyə gələn xüsusi turistlər belə olur.
- Həyatdakı ən böyük xəyallarımdan biri Çempionlar Liqasını qazanmaqdır. Çox böyük pullar xərcləməklə uğur gəlməz. Bunun örnəklərini görürük.
- "Madrid derbisi"ndə yaxşı oynayan tərəf biz idik və haqlı bir qalibiyyət aldıq. Ronaldo, Beyl kimi oyunçular çox böyük, amma meydanda hər kəs bərabərdir.
BÜTÜN QALATASARAY AZARKEŞİ MƏNİ SEVSİN DEYƏ ÇALIŞDIM, AMMA...
- "Qalatasaray"ı satıb getsəm, məni bir daha geri istəyərlər mi? Fatih Terim mənim üzümə baxarmı?
- Fikir ayrılıqları ola bilər, ancaq Terimlə aramda heç vaxt inciklik olmadı.
- Terimin fikri mənim üçün hər zaman önəmlidir, ona sevgim də hər zaman davam edəcək.
- Avropada oynayan bir futbolçuyam, Türkiyədən istəyin çox olması normaldır.
- İnsanların fikirlərimə hörmət etməsini və mənə dəstək olmasını gözləyirəm.
- "Qalatasaray" azarkeşlərinin hamısı məni sevsin deyə çalışdım, amma belə deyilmiş.
- Fatih Terimi belə sevməyən insanlar var. "Qalatasaray"ın yazılı olmayan qaydalarını müəyyənləşdirən insanlar bizim üçün həmişə özəl olacaqlar.
- UEFA kubokunu qazanan heyətlə çalışmaq fürsətim oldu, hamısından fərqli şeylər almağa çalışdım.
"AVRO-2020" ÜÇÜN DAHA SƏRT ÇIXIŞLAR EDƏ BİLƏRİK
- "Avro-2020"nin ev sahibliyini bizə verməkləri üçün daha sərt çıxışlar etməliyik.
- UEFA-nın və Mişel Platininin daha ədalətli olub, "Avro-2020"nin ev sahibliyini Türkiyəyə verməli olduqlarını düşünürəm. Avropada yaşayan bir türk olaraq, "Avro-2020"nın bizə verilməməsi içimdə bir yaradır.
HƏYATIMDA VAZ KEÇMƏK DEYE BİR ŞEY YOXDUR
- Karyeramdakı dönüş nöqtələri "Qalatasaray"ı seçməyim, Manisaya getməyim, milli komandaya çağırılmağım və "Atletiko" (Madrid) klubuna transfer olunmağımdır.
- Anam “qazana bilməsən üzüləcəksən” deyərək "Qalatasaray" aşağı yaş qruplarını seçməyimi istəmədi.
- Ailəmin qürur duya biləcəyi tək gerçək var, ölkəmə xidmət etdim.
- Həyatımda vaz keçmək deye bir şey yoxdur, ancaq əxlaqlı oynayıram.
ƏMRƏ BƏLÖZOĞLU "FƏNƏRBAXÇA"YA NİYƏ GETDİ?
- İnsanlar bəzən klub ayırımı edərək mənə qəzəblənirlər, amma Əmrə Bəlözoğlunu hər zaman çox sevirəm. Əmrə özünü "Fənərbaxça"ya aid hiss etdiyi üçün geri qayıtdı.
- Legionerlərin sayı sərbəst olsa da, istedadlı türk futbolçu hər zaman oynayar.
- Karyeramı başa vurduqdan sonra təhsil alaraq mütləq futbolun içində olmaq istəyirəm.
- Basketbol ilə çok maraqlanıram, tennisi seyr edirəm. İdmanı bütünlüklə sevirəm.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi