"Azərbaycanla oyunumuz çox vacib idi. Hansı ki, bu görüşdəki qalibiyyət bizdə İngiltərə ilə oyunöncəsi özünəinam yaradacaqdı. Azərbaycan millisinə vurduğum qolu heç vaxt unutmayacam. Birincisi qol çox vacib idi, ikincisi isə olduqca gözəl alınmışdı".
Qol.Az-ın məlumatına görə, Şimali İrlandiya yığmasının sabiq futbolçusu Stüart Elliot deyib.
2005-ci ildə Azərbaycanla oyunda (2:0) fərqlənən futbolçu sabah Bakıda baş tutacaq oyunla bağlı fikirlərini bildirib: "Artıq kiçik yığma komandalar da inkişaf edir. Bütün yığmalarda istedadlı futbolçular çıxış edir. Bizim də istənilən rəqibi məğlub etmək potensialımız var. Necə ki, Rusiya ilə oyunda bunu görmüşdük. Sadəcə, nəticə əldə etmək üçün daha çox çalışmalıyıq".
35 yaşlı veteran futbolçu komandasının Azərbaycanla digər rəqiblər arasında fərq qoymamalı olduqlarını vurğulayıb: "Azərbaycanla digər rəqiblər arasında fərq qoymamalıyıq. Azarkeşlər Rusiya ilə oyuna daha emosional yanaşırlar, nəinki Azərbaycana. Ancaq futbolçular da belə etsələr, səhvə yol vermiş olarlar. Uğur qazanmaq istəyirsənsə, bütün rəqiblərə qarşı oyuna eyni motivasiya ilə çıxmalısan. Yəni, Azərbaycanla da oyuna Rusiya və Portuqaliya matçları kimi yanaşmalıyıq".
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu sabah, saat 21:00-da başlayacaq.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı