"Azərbaycan millisi Lüksemburqdan güclüdür"

"Azərbaycan millisi Lüksemburqdan güclüdür"
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2013 / 02:57 3126
-  A +

"Mənim heç bir şübhəm yoxdur ki, Rusiya millisi Lüksemburq və Azərbaycanla oyunda 6 xal qazanacaq. Çünki bizim komandamız rəqibləri hər cəhətdən üstələyir. Futbolçularımız yaxşı formadadırlar. Həm də onlar hər iki oyunda 3 xalın bizə nə dərəcə vacib olduğunu yaxşı başa düşürlər".

Qol.Az-ın "Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, bu sözləri mətbuata açıqlamasında Rusiyanın əməkdar məşqçisi Valeri Qazzaev deyib.

Təcrübəli mütəxəssis Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsində qarşılaşacağı son iki rəqibini müqayisə edərkən Azərbaycan yığmasını nisbətən güclü adlandırıb: "Bu iki komanda arasında ele də çox fərq görmürəm. Azərbaycan millisi Lüksemburqdan güclü ola bilər. Ancaq heç biri bizim üçün təhlükəli rəqib deyil".

Qeyd edək ki, milli komandamız Rusiya ilə oktyabrın 15-də qarşılaşacaq.

Daha çox


Son xəbərlər