“Neftçi” superkubok oyununun Naxçıvanda keçirilməsinə münasibət bildirdi

“Neftçi” superkubok oyununun Naxçıvanda keçirilməsinə münasibət bildirdi
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2013 / 15:35 3625
-  A +

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının qərarına görə, Azərbaycan superkubokunun oyunu Naxçıvanda keçiriləcək. Bu görüşdə "Nefçit" və "Xəzər Lənkəran" klubları qarşılaşacaq.

Qol.Az saytının müxbiri ilə söhbətində "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov oyununun Naxçıvanda keçirilməsinə münasibət bildirib.

Klub rəsmisi bu qərardan məmnunluğunu ifadə edib və belə maraqlı görüşlərin bölgələrdə keçirilməsinin tərəfdarı olduqlarını qeyd edib: "Çox sevindirici bir haldır ki, bu görüş Naxçıvanda keçiriləcək. Sovetlər dönəmindən Naxçıvanda futbol olub. "Araz" uzun illər SSRİ-nin II dəstəsində çıxış edib. Əzəli rəqiblər - "Neftçi" ilə "Xəzər Lənkəran" oyununun Naxçıvanda keçirilməsini yüksək qiymətləndiririk. Şübhə etmirəm ki, stadion ağzına qədər dolu olacaq. Bu, ölkədə futbolun populyarşlaşmasına və inkiaf etdirilməsinə xidmət edəcək bir addımdır. İnanırıq ki, hər iki klub əlindən gələni edəcək ki, görüş yüksək səviyyədə keçirilsin. Oyunun Naxçıvanda keçirilməsinin başqa üstün cəhərləri də var. Birincisi, neytral stadionda olacaq. İkinci  tərəfdən bölgələrimizdə futbolun inkişafına təkan verilicək".

T.Süleymanov  "Neftçi"nin Superkubok oyununu qazanmaq şanslarına toxunaraq komandanın bu mövsüm daha iddialı olduğunu bilidirb: "Neftçi" kimi bir klubun minimal hədəfləri ölkə çempionluğu, kubok və Superkubokdur. "Neftçi"nin  ən əsas hədəfi isə avrokubokların qrupuna düşməkdir, nəinki bu kuboklar".
   
Qeyd edək ki, Superkubok oyunu oktyabrın 23-də Naxçıvan şəhər stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner