22-ci Azərbaycan kubokunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirlə bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, R.Musayev püşkün keçirilməsində yeniliklərin olduğunu qeyd edib: “22-ci Azərbaycan kubokunda 20 komanda mübarizə aparacaq. Bunlarda 10-u Topaz Premyer Liqasını, qalanları isə I Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir” və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar. Püşkatmanın keçirilməsində yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilmişdir. Belə ki, 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq”.
Püşkatma mərasimindən sonra Ramin Musayev Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsinə münasibət bildirib: "Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var".
"Şahin Diniyevin “Rəvan”a baş məşqçi təyin olunması münasibəti ilə klubu təbrik edirəm. Komandaya çox xeyir verəcəyini düşünürəm və gələn mövsüm mükafatçılar sırasında olacağına inanıram" - deyə R.Musayev bildirib.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı