"O, "Qarabağ"ın aldığı yox, maraqlandığı futbolçudur"

"O, "Qarabağ"ın aldığı yox, maraqlandığı futbolçudur"
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2013 / 14:20 3886
-  A +

"Yeni qapıçının transferi ilə bağlı hələlik rəsmi heç nə yoxdur. Ona görə də bu haqda mətbuatda xəbərlərin yayılması düzgün deyil. İbrahim Sehiç aldığımız yox, maraqlandığımız bir neçə futbolçudan biridir. Bu transferin reallaşacağı hələlik bəlli deyil".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Bosniya və  Hersoqovina milli komandasının qapıçısı İbrahim Sehiçin "Qarabağ"a transfer olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Bosniya və Hersoqovina mətbuatı qapıçının "Qarabağ"ın düşərgəsində olduğunu da yazıb.

Klub rəsmisi isə yayılan xəbərləri təkzib edib: "Bir neçə futbolçu ilə gizli danışıqlar aparırıq. Bosniya mətbuatının yazdıqlarından xəbərim yoxdur. Ancaq onu deyə bilərəm ki, həmin qapıçı ilə sadəcə digərləri kimi maraqlanırıq".

 

Daha çox


Son xəbərlər
topaz banner