“Lans”ın yarımmüdafiəçisi Pyer Dyukas lensois.com saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, fransalı futbolçu komandasının bu mövsümkü hədəfləri, azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”ı sahib olmasından sonra komandada yaranan durum haqda fikirlərini bildirib.
- “Lans”ın cari çempionatdakı çıxışları haqda fikirlərin necədir?
- Ümumi götürsək, bu mövsümə yaxşı başlamışıq. Yayda komandada müəyyən dəyişikliklər olsa da, bu, “Lans”ın çıxışlarına ciddi təsir göstərmədi. Son turda “Mets”ə 3:2 hesabı ilə qalib gəldik və hazırda turnir cədvəlində ikinci pillədəyik.
- Komandanızın hədəfi ikinci liqanı birinci yerdə başa vurmaqdır?
- Sirr deyil ki, biz qarşımıza yüksək liqaya vəsiqə qazanmaq vəzifəsi qoymuşuq. Bunun üçün qarşıda hələ uzun marafon var. Turnir cədvəlindəki hazırkı mövqeyimizi, “Lans”a Martel – Məmmədovun duetinin rəhbərlik etdiyini, komanda üçün yaxşı şərait yaradıldığını nəzərə alsaq, vəzifəmizin öhdəsindən gələcəyimizə inamımız böyükdür. Hazırda komandamızda güclü rəqabət var. Düzü, çox yaxşı işlər görə bilərik. Biz özümüzə inamımızı saxlamalı və əsas hədəfimiz uğrunda mübarizəni davam etdirməliyik.
- Yeri gəlmişkən, bunun üçün sizə tam dəstək də verilir.
- Bəli. Mənim fikrimcə, bu yay klubdakı dəyişikliyin müsbət faydasını görməkdəyik. Hafiz Məmmədovun gəlişi bizə yeni impuls verib. Jerve Martel kluba qayıtdı, Antuan Kombuare baş məşqçi təyin edildi, komandaya yeni futbolçular cəlb olundu. Hazırda biz uğurlu nəticələr əldə edirik. Bütün bunlar azarkeşlərimiz üçün də yaxşıdır. Klubun inkişafı üçün çox iş görülür. Biz futbolçular isə bütün bu imkanlardan faydalanıb liderliyi ələ keçirməliyik.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı