"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda "Bakı"ya böyük hesabla (3:0) qalib gəldiniz. Bu qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Ən əsası odur ki, üç xal qazandıq. Fikirləşirəm ki, pis təsir bağışlamadıq. İndi yığma komandanın tərkibində hazırlıqlara başlamışıq. Qarşıda bizi iki çətin oyun gözləyir. Bütün fikirlərimizi ora yönəltmişik. Ona görə də arxada qalan oyunlar haqda çox düşünmək istəmirik.
- Çempionatda artıq birinci dövrə arxada qaldı. Geridə qalan 9 turda "Qarabağ"ın çıxışını necə qiymətləndirmək olar?
- Elə birinci dövrədən bilindi ki, bu mövsüm çempionat ağır keçəcək. Bütün oyunlarda qələbə qazanmaq çox çətindir. Komandaların hamısı güclənib. Heç biri məğlub olmaq istəmir. Bütün rəqiblərin xalları bir-birinə çox yaxındır. Dörd dövrəli sistemin qaydası budur. Çempionat belə də davam edəcək. Ona görə də hər bir nəticəyə hazır olmaq lazımdır. Heç bir komandanı rahat oyunlar gözləmir.
- "Qarabağ" üçün də birinci dövrə fərqli nəticələrlə yadda qaldı. Qələbələri sıralayan komandanız ardıcıl dörd oyunda qalib gələ bilmədi.
- Bu qanunauyğunluqdur, təsadüf deyil. Demək olar ki, çempionatda zəif komanda yoxdur. Zəif hesab etdiyimiz rəqiblər liderlərdən xal almağı bacardılar. Bu da sübut etdi ki, bu mövsüm zəif komanda yoxdur və hər bir oyunda istənilən komanda xal itirə bilər.
- Digər klublardan hansı yaxşı və pis mənada diqqət çəkdi?
- Demək olar ki, yaxşı nəticə gözlədiyimiz komandalar uğurlu çıxış etdilər. "Xəzər Lənkəran"ın nəticəsi bir qədər gözlənilməz oldu. Ancaq bu komandanın da oyun baxımından problemi yoxdur. Sadəcə, nəticə baxımından geri qalırlar. Onlarda da bizdəki kimi qol vura bilməmək “xəstəliyi” var. Çoxlu sayda qol imkanlarından istifadə edə bilmirlər. Bu da istər-istəməz nətiəyə təsir edir. Ümumi götürəndə "Qəbələ", "Bakı" və "Neftçi"dən yaxşı oyunlar gözləyirdik ki, bunu da gördük. "İnter" bir qədər çempionata pis başladı. Ancaq son turlar göstərir ki, onlar da artıq formalarını bərpa ediblər. Onların da liderlər qrupu ilə xal fərqləri böyük deyil. Ona görə də "inter" də son tura qədər mübarizə aparacaq. Məni yaxşı mənada sevindirən AZAL və "Simurq" klubları oldu. Birinci dövrədə özlərini yaxşı göstərdilər. Heç bir komanda deyə bilməz ki, bizim onlarla oyunumuz rahat keçdi. Hər iki komanda bizdən xal aldı. "Rəvan" da bizdən xal ala bildi. "Sumqayıt" "Qəbələ"yə qalib gəldi, "Neftçi" ilə heç-heçə etdi. Demək olar ki, bütün komandalar yaxşı formadadır.
- Yeni formatda keçirilən bu mövsümdə komandaların sayının azalması çempionatı daha maraqlı edə bilibmi?
- Mən həmişə "altılıq" sisteminin əleyhinə olmuşam və dörd dövrəli sistemi bəyənmişəm. İndiki sistemlə oyunların sürəti və çətinliyi artacaq. İlk dövrədən sonra gördük ki, doğrudan da dörd dövrəli sistem daha maraqlıdır. Demək olar ki, hər tur 1-2 maraqlı qarşılaşma olur. Məncə, bu sistem bizim üçün daha uyğundur.
- Milli komandamızın Şimal İrlandiya ilə oyunu haqda nə deyə bilərsən?
- Bilirik ki, azarkeşlər və futbol ictimaiyyəti bu oyunda bizdən çox şey gözləyirlər. Çünki daha sonra Rusiya ilə çətin qarşılaşmamız olacaq. Bu oyundan qabaq çalışıb Şimali İrlaniyaya qalib gəlməliyik ki, Rusiyadan da xal ala bilək. Hamımız qələbəyə köklənmişik. Amma futbolda ancaq sənin istəməyinlə hər şey həll olunmur. Rəqibin də öz istəkləri var. Əlimizdən gələni edəcəyik ki, qalib gələn tərəf biz olaq.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı