Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışov şərəfini qoruduğu "Rubin" (Kazan) klubunun rəsmi saytına müsahibə verib. R.Abışov Avropa Liqasının qrup mərhələsində 74 dəqiqə oynadığı "Zulte Varegem"lə görüş haqda fikirlərini bölüşüb.
- Allaha şükür ki, komandamız qələbə qazandı. Hansı ki, bu komandamız üçün çox vacib qələbə idi. Gözəl qollar vurmağa müvəffəq oldu. Amma bu matçı tezliklə unudaraq, “Anji” ilə görüşə hazırlaşmaq lazımdır. Bu qarşılaşma da vacibdir. Çünki əgər qalib gəlsək, turnir cədvəlində irəliləyəcəyik. Hazırda biz çox aşağı pillədə qərarlaşmışıq. Bu da ədalətli nəticə deyil.
- "Zulte Varegem"lə matçda sol cinah müdafiəçisi mövqeyində əla oynadın. Bu mövqedə oynamaq necə idi?
- Bəli, bu mövqedə oynamağa adət etməmişəm. Karyeram ərzində cəmi 3-4 dəfə sol cinah müdafiəçisi kimi oynamışam. Mən daha çox dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi kimi çıxış etməyə öyrəşmişəm. Lakin bu dəfə solda oynamaq lazım idi. Şadam ki, bunun öhdəsindən gəldim. Mənim üçün ən əsası oynamaqdır.
- Baş məşqçi Qurban Berdıyev oyundan sonra nə dedi?
- Oyuna görə hamımıza təşəkkür edib, “Anji” ilə matça köklənməyimizi xahiş etdi.
- Hələlik siz əsasən avrokuboklarda oynayırsız. Rusiya çempionatında sabit oyun praktikası qazanmağınıza ümid edirsən?
- Əlbəttə, Rusiya çempionatında oynamaq istəyirəm. Lakin bu futboldur. Şansımı gözləyirəm. Əgər məşqçi bu şansı versə, 90 dəqiqə oynamağa hazıram.
- Bəs oyun praktikası olmadan fiziki hazırlığınızı yaxşı səviyyədə necə saxlayırsan?
- Bəli, oyun praktikasının olmaması müəyyən çətinliklər yaradır. Lakin bizim fiziki hazırlıq üzrə yaxşı məşqçimiz var (Raul Rianço - red). Biz həmişə onunla çalışırıq. Amma mən üzülmürəm. Şansımı gözləyirəm, əgər onu alsam, özümü maksimum səviyyədə göstərməyə çalışacam.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı