"Azərbaycan millisi seçmə mərhələdə son iki oyununa yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Çünki İsraildən gətirilən bir xal futbolçularımızı ruhlandırıb. İndi isə xal qazanmaq qalır".
Qol.Az saytına açıqlmasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev "DÇ-2014"ün seçmə mərhələsində yığmamızın Şimali İrlandiya və Rusiya milli komandaları ilə qarşılaşacağı oyunlar haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis millimizin rəqiblərinin güclü olduğunu deyib. Qeyd edib ki, yığmamız sadəcə Şimali İrlandiyadan xal almaq gücündədir: “Rəqiblərimizdən heç biri zəif deyil. Hər ikisi güclü heyətə malikdir. Şimali İrlandiyanın Rusiya ilə oyununu izlədim, çox xoşuma gəldi. Millimizin tək üstünlüyü öz meydanında oynamasıdır. Bu rəqiblə xal qazanmaq ehtimalımız var. Ancaq Rusiya ilə çox çətin olacaq”.
Ş.Diniyev milli komandamızın oyunlarına proqnoz verməkdə çətinlik çəkdiyini bildirib: “Azərbaycan millisi elə bir komandadır ki, proqnoz vermək olmur. Elə bir oyun göstərə bilər ki, özünə bənzəməz. Məncə, hər iki oyun üçün real olaraq bir xal qazanmaq şansımız var. Millimiz Şimali İrlandiya ilə keçən oyunda qələbəyə yaxın olsa da, həmin matçda rəqib daha üstün oldu. Keyfiyyət baxımından bizi qabaqladılar. Qol epizodları da çox oldu. Bakıdakı görüş tamam fərqli ola bilər. Burada bəxt amili də böyük rol oynayacaq”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı