“Hazırda çempionatda elə bir vəziyyətdir ki, “Qəbələ” – “Neftçi” görüşü turun bir nömrəli oyunu sayılır. Eyni zamanda “Qarabağ” – “Bakı” oyunu da öz prinsipiallığı ilə seçiləcək. Qəbələdə baş tutacaq oyunu liderlik uğrunda mübarizə sayardım. Ən önəmlisi odur ki, bu rəqabət sona qədər davam olunsun və güclü tərəf qalib gəlsin. Oyuna böyük maraq olacaq. İnanıram ki, azarkeşlər tərəfindən maraqla gözlənilən bu görüşdə hər hansı insidentə yol verilməyəcək”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın IX turunda “Qəbələ” ilə keçiriləcək oyun haqda danışarkən deyib.
Klub rəsmisi ötən mövsüm Qəbələdə baş tutan oyunda azarkeşlər arasında yaşanan gərginliyi yada salıb və hər kimi komandanın tərəfdarlarını belə hallara yol verməməyə çağırıb: “Ötən mövsüm “Qəbələ” ilə səfər oyununda xoşagəlməz hal yaşanmışdı. “Qəbələ” azarkeşləri bizim avtobusu daşlamışdı. Ancaq hər iki klub rəhbərliyi arasında münasibətlər yüksək səviyyədədir. Həmin məsələlər müzakirə olunaraq yoluna qoyuldub. İnanmaq istərdik ki, nəinki “Neftçi” avtobusu daşa basılacaq, ümumiyyətlə, azarkeşlər arasında da heç bir problem yaranmayacaq. Fürsətdən istifadə edib mətbuat nümayəndələrinə, futbol ictimaiyyətinə bildirmək istəyirəm ki, istiqaməti futboldan kənar şeylərə yox, oyuna yönəltmək lazımdır. Çalışıb elə etməliyik ki, hər hansı bir komandanın azakeşləri təhqirə yol vermədən oyuna yüksək səviyyədə azarkeşlik etsinlər”.
T.Süleymanov “Neftçi”nin son turda “Qarabağ”la oyununu digər klublara nümunə göstərərək qeyd edib ki, hər bir oyunun azarkeşliyi belə olmalıdır: “Ötən tur baş tutan “Neftçi” – “Qarabağ” oyununu bütün komandalara nümunə kimi göstərmək istərdim. Azakeşlərin bir-birinə olan hörməti, oyuna münasibəti, hər birinin öz komandasına yüksək səviyyədə azarkeşlik etməsi bir nümunədir ki, bunu da klublar və bütün azarkeşlər davam etdirməlidir”.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi