“İnter”in müdafiəçisi Ruslan Əmircanov Topaz Premyer Liqanın VIII turunda “Xəzər Lənkəran”a qalib gəldikləri oyun (1:0) haqda Qol.Az saytına müsahibə verib
- Qarşılaşma haqda ümumi fikirlərini bilmək istərdik.
- “Xəzər Lənkəran”la oyuna demək olar ki, istirahət etmədən çıxmışdıq. Baş məşqçi özü də qeyd edirdi ki, bizi səfərdə çox çətin oyun gözləyir. Ona görə də boş vaxtımız olmadı. Oyun zamanı da çalışdıq ki, məşqçilərin tapşırıqlarını maksimum yerinə yetirək. “Xəzər Lənkəran”ın meydançası hazırda bərbad vəziyyətdədir. Həmin stadionda futboldan başqa nə desən təşkil etmək olardı. Hazırda orada futbolu güləşərək oynamaq lazımdır. Başqa heç bir baxımlı oyun, hansısa driblinq göstərmək mümkün deyildi. Həmin meydançada daha çox istəkli olan komanda qalib gələ bilərdi. Bizim istəyimiz isə rəqibdən çox idi. Həm də idman xoşbəxtliyi bizim tərəfdə idi. Allah da istəmirdi ki, biz məğlub olaq. Oyunun son dəqiqələrində topu başımla öz qapımızdan çıxardım. Adətən, qapıçı irəli çıxan kimi onun yerində dururam ki, qapıya zərbə olsa, çıxarım. Çalışıram ki, bacardığım qədər qapıçıya kömək edim. Həmin gün də qapıçımız Səlahət Ağayev qabağa çıxanda boş qapıya vurulan zərbənin qarşısını aldım və komandamızın qələbəsini təmin etdim.
- Ancaq nədənsə start heyətdə meydana çıxmamışdın…
- “Bakı” ilə oyunda əvəzləndim. Baş məşqçimiz bildirdi ki, həmin oyun zəif çıxış etdiyim üçün əvəzlənmişəm. Buna görə onunla mübahisə edən deyiləm. “Xəzər Lənkəran”la oyunda da bu səbəbdən ikinci hissədə meydana çıxdım. O futbolçulardan deyiləm ki, ehtiyatda qalanda komandanın yaxşı nəticə qazanmağını istəməyəm. Amma həqiqətən tanıdığım belə futbolçular var. İnanırdım ki, baş məşqçi məni oyuna buraxacaq. Şükür Allaha ki, ümidləri də doğrultdum.
- “Xəzər Lənkəran” tərəfi bildirib ki, qələbəyə “İnter” yox, “Xəzər Lənkəran” layiq idi. Bununla razısan?
- Həmin oyunda “Xəzər Lənkəran”ın qol vurmaq şansları bizdən çox oldu. Topu bizdən yaxşı saxlayırdılar. Daha çox hücum edirdilər. Ancaq bizə orada “Barselona” kimi oynamaq lazım deyildi. Yəni super oyun güstərmək yox, üç xal dalınca getmişdik. Onsuz da biz aşağı pillələrdəyik. Hazırda bizə bir xal da hava və su kimi lazımdır. “Xəzər Lənkəran”la səfər oyunundan bir xal da gətirsək, bizim üçün qızıla bərabər olacaqdı. Onlar düzgün qeyd edirlər ki, qələbəyə layiq idilər. Amma bizim qələbə istəyimiz onlardan daha çox idi. Zəif təsir bağışlamadıq. Doxsan dəqiqə ərzində qapımızı toxunulmaz saxlamağı bacardıq.
- Bundan əvvəlki turda “Bakı” ilə heç-heçə oynadınız. Bu nəticə “Xəzər Lənkəran”a qalib gəlməyinizdə nə dərəcədə rol oynadı?
- “Bakı” ilə oyunda bir xal qazanmağımız bizi ayıltdı. Çünki komandamız ardıcıl məğlub olurdu. Bizdə ruh düşkünlüyü yaranmışdı. Həmin oyunda komandamız əzmkarlıq göstərdi. Hesabda geri olsaq da, 90 dəqiqə mübarizə aparmaqla bərabərlik qolunu vura bildik. İndi özümüzə daha çox inanırıq. Hələ “Bakı” ilə oyundan sonra komandamız oyandı. Hər bir futbolçu meydanda can qoymalıdır. Yalandan qaçmaqla heç nə əldə etmək olmaz.
- “Bakı” ilə heç-heçə “Xəzər Lənkəran”a qalib gəlməyinizə kömək oldu. Lənkərandan 3 xalla dönməyiniz də növbəti qələbələrə kömək ola biləcəkmi? Yəni “İnter”in “qara zolaq”dan çıxdığını söyləmək olar?
- Düzdü, həmin oyun komandamızda psixoloji durumu yaxşılaşdırdı, özünəinam hissini artırdı. Ancaq artıq bu qələbəni unutmuşuq. Növbəti oyunları fikirləşirik.
- Növbəti matçınızın “Sumqayıt”la olduğunu nəzərə alsaq, üç xal qazanmaq şansınızın çox olduğunu demək olar?
- “Sumqayıt” son iki oyunu çox yaxşı oynayıb. “Neftçi” ilə səfərdə heç-heçə etmələri də komandanın zəif olmadığından xəbər verir. Rəqibin bütün futbolçuları cavan, enerjili oyunçulardır. Ola bilər ki, təcrübələri olmasın. Ancaq təcrübə olmayanda daha çox qaçmaqla həmin təcrübəsizliyi sığortalamaq olur. Məncə, bizi heç də asan oyun gözləmir. Ancaq oyuna tam hazırıq. İnanırıq ki, bizə sərf edən nəticəni əldə edəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər