Syomin: "Hücumlarda son vuruş çatmırdı"

 Syomin: "Hücumlarda son vuruş çatmırdı"
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2013 / 21:20 2401
-  A +

“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı. Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu vura bilmədik".
 
Qol.Az-ın məlumtına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqanın VIII turnda "Simurq"la oyundan (0:0) sonar keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis rəqib haqda da danışıb. Bildirib ki, "Simurq"a qarşı oynamaq çətindir: “Simurq” çempionatda ən az qol buraxan komandalardandır. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər