Tərlan Əhmədov: "Meydanda əsl mübarizə var idi"

Tərlan Əhmədov: "Meydanda əsl mübarizə var idi"
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2013 / 21:52 2538
-  A +

“Komandalar əzmkar oyun göstərdi, meydanda əsl mübarizə var idi. Komandalarımız arasındakı oyunlar milli çempionatlar tarixində həmişə gərgin keçir. Hər iki komandanın qol imkanları oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 8-ci turunda "Qarabağ"la oyundan (0:0) sonra deyib.

"Bir xal da nəticədir. Qarşıda 28 tur var, bugünkü oyunu unudub, qarşıdakı turları düşünməliyik” - deyə o bildirib.

Daha çox


Son xəbərlər