Milinko Pantiç: "Komandam özünü itirmədi"

Milinko Pantiç: "Komandam özünü itirmədi"
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2013 / 18:52 2335
-  A +

"Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Sumayıt"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Qəbələ"yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm “Sumqayıt” komandamızdan 4 xal almışdı”.

Daha çox


Son xəbərlər