Vüqar Nadirov: "Neftçi" ilə oyun tam başqa olacaq"

Vüqar Nadirov: "Neftçi" ilə oyun tam başqa olacaq"
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2013 / 17:06 2854
-  A +

“Son oyunlar bir qədər uğursuz nəticələr qazanmışıq. Ancaq hər üç oyunda heç də pis təsir bağışlamamışıq. Qalib gələ bilməməyimizin səbəbini isə bəxtsizlikdə görürəm. Xeyli qol imkanlaraımız olsa da, istifadə edə bilmədik. Buna baxmayaraq, komandamızda hər yaxşıdır. Futbolda belə hallar baş verir ”.

Qol.Az saytına açıqlamsında bu sözləri “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov komandasının ardıcıl üç oyunda qalib gələ bilməməsinə münasibət bilidirərkən deyib.

Milli komandamızın təcrübəli üzvü Topaz Premyer Liqanın VIII turunda “Neftçi” ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib. Qeyd edib ki, güclü rəqibə qarşı oynayacaqlarına baxmayaraq, komandanı yalnız qələbə qane edir: “Neftçi”nin necə bir komanda olduğu hər kəsə bəllidir. Çox güclü kollektivə qarşı oynayacağıq. Bizi çətin bir oyun gözlədiyini bilirik. Onu da dərk edirik ki, son uğursuz çıxışlardan sonra mütləq “Neftçi”yə qalib gəlib, üç xal qazanmalıyıq. “Neftçi” ilə görüşlərimiz həmişə maraqlı olub. Bu dəfəki oyun tam başqa cür olacaq. Çalışacağıq ki, azarkeşlər yenə maraqlı matçın şahidi olsunlar. Keçən mövsüm “Neftçi” ilə 6 oyun keçirdik. Qələbələrin sayında biz üstün olduq. Bu mövsüm də çalışacağıq ki, “Neftçi”ni üstələyək”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu sabah saat 19:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
topaz banner