“Mən “Lans”ın çətin vəziyyətə düşdüyünü bilirdim. Hazırda isə klubda vəziyyət normaldır. Məqsədim odur ki, “Lans” birinci liqaya qayıtsın. Komandanın uğurlu çıxışı və yüksək liqaya çıxması üçün lazım olan maliyyə ayrılacaq”.
Qol.Az-ın məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədov dünən “Lans” və “Bakı” klubları arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra Fransa mətbuatına bildirib.
O qeyd edib ki, hazırkı durumda “Lans”ın azarkeşləri öz komandaları ilə fəxr etməlidir. Necə ki, bunu Madrid “Atletiko”sunun fanatları edir. Hər iki komanda oyunlara “Land of fire Azerbaijan” forması ilə çıxır. “Atletiko” bu gün dünyanın ən güclü klublarındandır. Bundan qürur duymaq lazımdır. Biz “Lans”ın da belə səviyyəyə çatması üçün hər şeyi edəcəyik. Bizim konkret hədəflərimiz var. Bir gün gələcək, “Lans”ı Çempionlar Liqasında görəcəyik”
“Lans”ın sahibi olan H.Məmmədov klubun prezidenti Jerve Martel və Fransa futbolunun əfsanəsi Jan-Pyer Papenlə gözəl münasibətlərdə olduğunu söyləyib: “Mən bir il əvvəl “Lans”la əməkdaşlıq edəcəyimizi ağlıma belə gətirməzdim. Tale hamımızı birləşdirdi. Mən dostum Jerve ilə birgə gözəl bir layihənin təməlini qoymuşam. Əminəm ki, bu layihə müsbət effekt verəcək. Jerve Martel inadkarlığı, işə yüksək həvəsi ilə mənim diqqətimi çəkdi. O zaman dedim ki, komanda üçün nələrsə etmək lazımdır. Mən futbolda belə inadkar insanları az görmüşəm. “Lans” tarixi klubdur. Mən belə bir klubla peşəkar münasibətlərə başlamağa görə sevinirəm. Mən Fransa milli komandasının azarkeşi olmuşam. Həmçinin Fransa iqtisadiyyatına yaxın insanam”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər