“Mənim vurduğum qol birinciliyə daha layiq idi”

“Mənim vurduğum qol birinciliyə daha layiq idi”
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2013 / 19:48 3790
-  A +

Xəbər verdiyimiz kimi, AZAL klubunun hücumçusu Con Oluremi avqust ayı üçün Topaz Premyer Liqanın ən yaxşı qolunun müəllifi seçilib. Bununla bağlı keçirilən mükafatlandırma mərasimindən sonra amerikalı futbolçu Qol.Az saytına müsahibə verib.


- Əvvəlcə “Ayın qolu” nominasiyasının qalib olduğuna görə səni təbrik edirik.

- Çox sağ olun. Həqiqətən bu mükafata layiq görülmək böyük bir uğurdur. Klub rəhbərliyinin, baş məşqçimiz Vaqif Sadıqovun və komanda yoldaşlarımın burada rolu olduğunu vurğulamaq istəyirəm. Onlarsız bu qolu vurmağıma fürsət yaranmayacaqdı.

- Gözləyirdinmi sənin qolun ən yaxşı olacaq? Digər dörd qoldan hansını qey edə bilərsən?

- Digər qollarla müqayisədə mənim vurduğum qol birinci yerə daha layiq idi. Ona görə də düşünürəm ki, mükafatlandırma ədalətli edildi. Digər qollardan “Qarabağ”ın futbolçusu Reynaldo Silvanın qolunu qeyd etmək istəyərdim. Həqiqətən də çox gözəl qol vurdu. Həmin oyunu canlı izləyirdim.

-Ölkəmiz haqda təəssüratlarını bilmək istərdik.

- Artıq yarım ildir Azərbaycandaym. Əlbəttə ki, hər şeyi görə bilməmişəm. Ancaq ümumi götürəndə ölkənizi bəyənirəm.

- Əsas nəyi bəyənirsən?

- Demək olar ki, hər şeydən ləzzət alıram. Ümumi götürəndə Bakıda çox yeri bəyənirəm. Əsas da dənizkənarı bulvar çox xoşuma gəlir.

- ABŞ kimi ölkədən gəlib Azərbaycanda futbol oynamağın əsas səbəbi nədir?

- İlk növbədə təcrübə toplamaq üçün Azərbaycana gəlmişəm. Mənə bir çox ölkələrdən təkliflər var idi. Hətta ABŞ-a da qayıda bilərdim. Vətənimdə 3 il peşəkar futbol oynamışam. Ümid edirəm ki, karyeramı da orada başa vuracam. Hazırda 28 yaşım var. Avropa və digər ölkələrdə təcrübəmi artırmaq istəyirəm.

- Arxada qalan 7 turdan sonra AZAL-ın çıxışını necə qiymətləndirirsən?

- Son iki oyunda daha yaxşı nəticə əldə edə bilərdik. Ancaq ümumilikdə mövsümə yaxşı başladığımızı deyə bilərəm.

- Digər klublardan hansı daha çox diqqətini çəkir?

- “Qarabağ”ın adını qeyd edə bilərəm. Çox güclü taktikaları var. Onların oyun quruluşunu bəyənirəm. “Neftçi” ilə də çox çətin oyunumuz oldu. Mövsümün ilk oyununu “Neftçi”yə qarşı keçirdik və böyükhesabla (1:4) məğlub olduq. Bu iki komanda haqda xoş sözlər demək olar.

- Bu heyətlə AZAL-ın mükafatçılar sırasına düşəcəyini gözləmək olar? 

- Düşünürəm ki, hər bir komanda bunu bacara bilər. Ancaq indi sadəcə “Rəvan”la oyunu fikirləşirik. Uzun bir mövsüm olacaq. Bizim də heyətimiz pis deyil. Hər halda mövsümü ən yaxşı yerlərdən birində tamamlamağa çalışacağıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər