Xəbər verdiyimiz kimi, “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov avqust ayı üçün Topaz Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. Bununla bağlı keçirilən mükafatlandırma mərasimindən sonra milli komandamızın üzvü Qol.Az saytına açıqlama verib.
O, əslində "Ayın qolu" nominasiyasının qalibi olacağını gözlədiyini qeyd edib:
"Avqust ayının ən yaxşı futbolçusu seçildiyim üçün əlbəttə ki, çox sevinirəm. Ancaq mən əslində ayın ən yaxşı qolunun müəllifi seçilməyimi gözləyirdim. "Simurq"un qapısına vurduğum qol çox baxımlı alınmışdı. Elə ayın oyunçusu seçilmək də pis nəticə deyil. Hətta bunu daha üstün tuturam".
Cavid Hüseynov əlavə edib ki, yaxşı formada olduğunu hiss edir və bundan sonra belə naminasiyalarda daha çox qalib gələ bilər: "Şükürlər olsun ki, formamı bərpa etmişəm. Üç oyunluq cəzaldırılmağıma baxmayaraq, bu, mənə o qədər də təsir etməyəcək. İnşallah "Qarabağ"la oyunda meydana çıxa bilərəm. Bunu çox istəyirəm. Daha uğurlu çıxış edərək ilin ən yaxşı futbolçusu seçilməyi qarşıma məqsəd qoymuşam".
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər