“Bakı” futbol klubu Fransanın “Top Resa” beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edir.
Qol.Az-ın xəbərinə görə, artıq “zolaqlılar”a məxsus stend ilk gündən etibarən tədbir iştirakçılarında böyük maraq oyadıb. Sərginin açılış mərasimində iştirak edən mötəbər qonaqlar arasında Fransanın turizm naziri Silviya Pinel də yer alıb.
“Bakı” rəsmiləri xanım Pinelaya klubun atributlarını əks etdirən hədiyyələri və futbolçuların imzası olan formanı təqdim ediblər. Nazir öz növbəsində “Bakı” və “Lans”ın əməkdaşlığına yüksək qiymət verərək, bu işbirliyinin Fransa və Azərbaycanın siyasi, iqtisadi və idman əlaqələrinin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Nazirlə görüşdə “Bakı”nın icraçı direktoru Yaşar Seyidov təmsil etdiyi klubla Fransanın “Lans” klubu arasındakı əməkdaşlığa toxunub. O, bu əməkdaşlığın Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini əminliyini ifadə edib. Bildirib ki, bu əməkdaşlıq Azərbaycandakı gənc futbolçuların inkişafında da önəmli rol oynayacaq.
Görüşün sonunda Y.Seyidov Fransanın turizm nazirinə üzərində “Bakı” klubu futbolçularının imzaladığı formanı təqdim edib.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər