"Xəzər Lənkəran"la oyunun nəticəsi yox, futbolçuların çıxışı məni qane etdi. Bu oyuna çox ciddi itkilərlə çıxmışdıq. Müdafiənin dirəkləri olan Junior Ailton və Branislav Arsenyeviç bu görüşdə iştirak etmirdi. Onlardan başqa Orxan Həsənov və Emin Cəfərquliyev də meydanda yox idi".
Bu sözləri Qol.Az-a açıqlamasında AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın sonuncu turunda məğlub olduqları "Xəzər Lənkəran"la oyun (1:3) barəsində danışarkən deyib.
Təcrübəli mütəxəssis "Xəzər Lənkəran" məğlubiyyətini bir sıra səbəblərlə əlaqələndirib: "Biz də qələbə üçün meydana çıxmışdıq və 3 xala köklənmişdik. Qapımızda erkən qol görməyimizə baxmayaraq özümüzü toparlayaraq cavab qolunu vura bildik. Ancaq heyif ki, ilk hissənin sonlarında futbolçumuz Oskars Klava qırmızı vərəqə ilə meydandan qovuldu və matçın 68-ci dəqiqəsində oyundan kənar vəziyyətdən qapımızda qol gördük. Bu da demək olar ki, oyunun taleyini həll etdi. Onu da deyim ki, rəqibimiz çox güclü idi. Azlıqda qalmağımız da məğlubiyyətə gətirib çıxardı. Hər iki komanda qələbənin vacibliyini yaxşı dərk edirdi. Rəqib də bizimlə oyuna yaxşı motivasiya olmuşdu. Ən vacibi odur ki, oyunçularım əzmkarlıq göstərdilər və buna görə onlara təşəkkürümü bildirdim".
V.Sadıqov eyni zamanda matçın baş hakimi Vüsal Əliyevin idarəçiliyindən narazılığını ifadə edib. "Mən heç vaxt hakim işinə qiymət vermirəm. Hesab edirəm ki, bunun üçün müvafiq qurumlar var. Biz də həmin qurumlara müraciət etmişik. Hakim nəticəyə təsir edən böyük səhvə yol verdi. Qapımıza vurulan ikinci qolu nəzərdə tuturam".
Növbəti turda qarşılaşacaqları "Rəvan"la oyuna da toxunan Vaqif Sadıqov bu görüşə də qələbə üçün çıxacaqlarını bildirib: "Rəvan"la oyun bizim üçüm həmişə ağır keçir. "Xəzər Lənkəran"la oyunda iki futbolçumuzu itirdik. Aleksandr Şemonayev və Oskars Klava cəzalı olduqları üçün "Rəvan"la oyunu buraxacaqlar. Həkimlər zədəli futbolçuların sağalması üçün çalışırlar. Bu gün "Rəvan" tamamilə başqa futbol sərgiləyir. "Qarabağ"la matçda gözəl oyun nümayiş etdirdilər. Rəqib də dərk edir ki, bu görüş onlar üçün çox vacibdir. Tam güclərini qoyacaqlar. Başlıca məqsədimiz odur ki, "Xəzər Lənkəran" məğlubiyyətindən sonra komandanın psixoloji durumunu bərpa edək. Bundan sonra bütün fikirlərimizi "Rəvan"la oyuna yönəldəcəyik. Birinci dövrənin sonuna qədər 100 faizlik nəticə əldə etmək istəyirik. "Rəvan" və "Simurq"la oyunlarda qələbə qazanmaqla liderlər qrupunda mövqeyimizi qorumaq niyyətindəyik".
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər