“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ondan başlayaq ki, Topaz Premyer Liqada iki oyundur adın 18-liyə salınmır. Bu, nə ilə bağlıdır?
- Bir müddət məşqləri buraxmalı oldum. Ona görə bir az hazırlıqsız idim.
-Məşqlərdə niyə iştirak edə bilmədin?
- Təhsilimlə bağlı universitetə gedirdim. Ona görə məşqlərə qatıla bilmirdim.
- Ümumiyyətlə, əvvəlki turlarda da səni meydanda az gördük. Böyükağa Hacıyev sənə daima şans verirdi. Bəlkə Tərlan Əhmədovla aranızda problem var?
- Yox, Tərlan Əhmdovla heç bir problemim yoxdur. Alla şükür hər şey qaydasındadır. Məşqçilərlə münasibətim çox yaxşıdır. Özüm də istəməzdim oyunlardan kənarda qalım. Həmişə start heyətdə meydanda olan futboluya matça qıraqdan baxmaq ağır gəlir. Ancaq Tərlan Əhmədovun bu qərarını normal hesab edirəm. Çünki bir neçə gün məşqlərdə iştirak etməmişdim. Məşqləri buraxmışamsa, deməli, formada ola bilmərəm. Artıq hazırlığa başlamışam, oyuna çıxmağa hazıram.
- Növbəti oyunda səni meydanda görə bilərik?
- Bizim komandada kimin oynayacağı yalnız oyun günü bilinir. Ancaq Tərlan müəllim şans versə, komandama kömək edə bilərəm.
- “Neftçi” ötən tur “Sumqayıt”ı qəbul etdi və heç-heçə edərək vacib iki xal itirdi. Bu görüş haqda nə deyə bilərsən?
- Hərdən elə oyunlar olur ki, hər şey edirsən, ancaq nəticə olmur. Bu oyunda bəxtimiz gətirmədi. Həddindən artıq qol imkanlarımız oldu. Qarşıalaşma tam üstünlüyümüz şəraitində keçdi. Oyunda yalnız qol vurulmadı. Komandamız yenə baxımlı oyunu ilə yadda qaldı. Yəqin qismət belə imiş.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Ötən mövsüm də bu komanda ilə oyunlarınız çox maraqlı və gərgin keçmişdi. Görüş haqda nə düşünürsünüz?
- “Qarabağ” çempionatda öz sözünü demiş komandadır. Bilirik ki, bu oyun böyük ölçüdə çox şeyi həll edəcək. “Qarabağ”la xallarımız eynidir. Qalib gələn komanda vəziyyətini biraz da yaxşılaşdıracaq. Ona görə də bu oyuna çox ciddi hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk.
- “Neftçi” və “Qarabağ”ı ötən mövsümlə necə müqayisə edə bilərsən? Yəni komandalar arasında həmin maraqlı mübarizələri bu mövsüm də görə biləcəyik?
- Əgər bu gün hər iki komanda ilk “üç”lükdədirsə, deməli, yaxşı formadadırlar. Ona görə də demək olar ki, bu mövsüm də “Qarabağ”la oyunlarımız gərgin keçəcək. Ümumiyyətlə, bu mövsüm daha gərgin oyunların keçəcəyini demək olar. Çünki komandalarım hamısı iddialı görünür.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər