“Qarabağ” klubunun yarımmüdəfiçisi Namiq Yusifov komandasının son üç turda uğursuz çıxışlarının səbəbləri və qarşıdan gələn “Neftçi” ilə oyun haqda Qol.Az saytının suallarını cavablandırıb
- Komandanız mövsümə yaxşı başladı, ardıcıl dörd qələbə qazandınınız. Ancaq son üç turda “Qarabağ” qələbəyə həsrətdir. Bunu nə ilə əlaqələndirmək olar?
- Son üç oyunda yaxşı çıxış etmişik. Oyunumuza heç nə olmayıb. Əsas odur ki, yaxşı oyun göstəririk. Baxımlı oyun olan yerdə nəticə mütləq olacaq. “Rəvan”la matçda ən azı 6-7 yüz faizli qol epizodumuz var idi. Amma top qapıdan keçmək istəmirdi. AZAL-la görüşdə də həmçinin. Rəqibin cəmi bir standart vəziyyəti oldu, onu da qola çevirdi. Bütün 90 dəqiqəni hücum etdik, qol vura bilmədik. Yəni bu problemlə hər il üzləşirik. Keçən il də belə hal yaşanmışdı. Düşünürəm ki, əsas odur ki, oyun olsun.
- Son turda “Simurq”la qolsuz heç-heçə etdiniz. Bu qarşılaşma haqda nə deyə bilərsən?
- “Simurq”la qarşıkaşma komandamız həmişəki kimi yaxşı çıxış etdi. Lakin qol epizodlarından istifadə edə bilmədik. Oyunda hər şey edirdik. Lakin son məqamda düzgün qərar verə bilmirdik. Demək olar ki, oyun tam üstünlüyümüz şəraitində keçdi. “Simurq” cəmi bir dəfə qapımız qarşısında təhlükə yarada bildi.
- Ola bilərmi komanda Avroliqa oyunlarından sonra yorğun olsun?
- Bizdə yorğunluq yoxdur. Psixoloji yorğunluq ola bilər. “Ayntraxt”la oyundan sonra AZAL-a məğlub olduq. Ardıcıl məğlubiyyət komandada psixoloji gərginlik yarada bilər. İnşalllah, gələn oyunda bunlar arxada qalacaq.
- Bəlkə “Qarabağ”ın futbolçuları səviyyələrindən aşağı çıxış edirlər?
- Yenə deyirəm, əvvəlki formamızla oynayırıq. Rəqib qapısına zərbəyə qədər çox yaxşı oynayırıq. Sadəcə həlledici zərbə və ya ötürməni düz edə bilmirik. Uğursuz nəticələnən oyunların hər üçünə biz diqtə etmişik. Əsas olan budur.
Onu da nəzərə almaq lazımdır ki, hər üç oyunu süni örtükdə oynamışıq. Hamı bilir ki, belə örtük “Qarabağ”ın oyununa mane olur. Son oyunumuzu “Dalğa Arena”da keçirdik. Stadionun örtüyü saqqız kimi ayağımıza yapışırdı. İstədiyimiz kimi topa zərbə vura bilmirdik. Bunlar hamısı başlıca amillərdəndir. Həmişə təbii örtükdə oynamışıq. Birdən süni örtükdə oynayanda bu, oyunun sürətinə, ötürmə verməyə mane olur. Elə “Simurq”la oyunda bir neçə dəfə bu səbəbdən ötürmələrimiz alınmadı. Süni örtüklü meydançalarda ikiqat əziyyət çəkməli olursan. Sanki 180 dəqiqə qaçırsan.
- Növbəti turda rəqibiniz “Neftçi” olacaq. Bu görüş haqda nə düşünürsünüz?
- “Neftçi” ilə oyunun adı elə hər şeyi deyir. İnşallah, yaxşı olar. Bu gün vəziyyətimiz pis deyil. Lider “Qəbələ”dən cəmi bir xal geridəyik. Çalışıb qalib gələcəyik ki, liderliyimizi qaytaraq.
- Keçən illə müqayisədə “Neftçi” bu il necə təsir bağışlayır?
- Elə bir dəyişilkil olmayıb. “Neftçi” elə “Neftçi”dir. Həmişə yaxşı çıxış ediblər. Bizim heyət isə keçənilkindən də güclüdür. İndi daha təcrübəliyik. Deyərdim ki, iki yaxşı komandanın oyunu olacaq. Azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar.
- Keçən mövsüm “Neftçi”ni üstələməyi bacarmışdınız. Çempionatın dörd oyunundan üçündə qalib gələn tərəf oldunuz. “Qarabağ” bu mövsüm də buna qadirdir?
- Əlbəttə. “Neftçi”ni kiçiltmək istəmirəm, ancaq həmişə demişəm ki, “Qarabağ”ın rəqibi elə “Qarabağ”dır. “Qarabağ” öz oyunu oynaya bilsə, Azərbaycanda heç bir komanda onun qarşısında dura bilməz. Ancaq bir də görürsən ki, oyunumuz alınmır. Hamı deyir ki, “Qarabağ” Avropada yaxşı oynayır, Azərbaycanda oyunu alınmır. Həqiqətən Avropadakı oyunlarımızı oynasaq, çempionatda bütün komandalara asanlıqla qalib gələrik. Güclü Avropa klubları ilə başabaş mübarizə aparırıqsa, yerli çempionatda bizə çətin olmamalıdır. Bir məsələ də var ki, çempionat başqa aləmdir. Burda istənilən nəticə qeydə alına bilər. Keçən il “Neftçi” də bizə qalib gəldi. Çempionatda qalib gəldikləri oyunla bizi üstələdilər və çempionluğumuzun qırılma nöqtəsi oldu. Çətin oyun olacağını bilirik.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi