AZAL "Xəzər Lənkəran"la oyunun hakimliyinə etiraz edir (VİDEO)

AZAL "Xəzər Lənkəran"la oyunun hakimliyinə etiraz edir (VİDEO)
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2013 / 14:01 3572
-  A +

Topaz Premyer Liqanın 7-ci turunda baş tutan AZAL – “Xəzər Lənkəran” oyununun (1:3) idarəçiliyindən meydan sahib olan komanda narazı qalıb. Klubun mətbuat xidmətindən Qol.Az saytına təqdim olunan videoda referi Vüsal Əliyevin səhvə yol verdiyi bildirilib.

Klub bununla bağlı məlumatda aşağıda göstərilən epizodlarda hakimin səhvə yol verdiyini vurğulayıb.

1-ci epizod – 26-cı dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev kobud oynasa da, ona sarı vərəqə verilmir

2-ci epizod – 44-cü dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi və Rahid Əmirquliyev AZAL-ın futbolçusu Vladimir Boqdanoviçə qarşı kobud oynayırlar.

3-cü epizod – 45+1-ci dəqiqə. AZAL-ın futbolçusu Cavid Tağıyev “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov tərəfindən əllə saxlanılır. Amma hakim buna reaksiya vermir. Hücumun davamında isə AZAL PFK-nın futbolçusu Oskars Klavaya sonuncu ümid foluna görə qırmızı vərəqə verilir.

4-cü epizod. 68-ci dəqiqə. Oyundankənar vəziyyət olsa da, hakim AZAL PFK-nın qapısına vurulan qolu qeydə alır.

5-ci epizod. 29 və 41-ci dəqiqələrdə “Xəzər-Lənkəran”ın oyunçusu Junior Franko Nildo qaydaları pozsa da, ona hər iki epizodda sarı vərəqə verilmir.
 
6-cı epizod. 89-cü dəqiqədı “Xəzər-Lənkəran”ın oyunçusu Elnur Abdullayevə sarı vərəqə verilir. Halbuki 26-cı dəqiqədə ona sarı verilməliydi və son epizoda görə o meydançadan qovula bilərdi.



Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq