Yılmaz Vural: "Azərbaycan millisinə yerli məşqçi gətirilməlidir"

Yılmaz Vural: "Azərbaycan millisinə yerli məşqçi gətirilməlidir"
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2013 / 10:50 2643
-  A +

Azərbaycan millisini çalışdıracağı iddia edilən baş məşqçisi Yılmaz Vural dünən ölkəmizə gəlib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beynəlxaq Kikboks" turnirinin açılış mərasiminə qatılan təcrübəli mütəxəssis millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərləri təkzib edib:

"İndiyə kimi əcnəbi ölkələrdə çalışmamışam. Amma bura gəldim və gördüm ki, Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur. Burada işləmək xarici ölkədə işləməyə bənzəməz. Məşqçilikdə münasibət çox önəmlidir.  Bu mənada Azərbaycandan təklif gələrsə, məmnuniyyətlə qəbul edərəm.  Ancaq mənə belə bir təklif gəlməyib".

Türkiyəli mütəxəssis deyib ki, milliyə azərbaycanlı bir baş məşqçini gətirmək lazımdır: "Biz Türkiyəni əcnəbi birinin çalışdırmasına qarşı çıxdıq. Əcnəbi məşqçinin Azərbaycanda uğur əldə etməsi çətindir. Tövsiyə edirəm ki, milliyə azərbaycanlı baş məşqçi gətirilsin. Milli komanda budur ki, siz oyunçulara öz dəyərlərinizlə nəsə öyrədirsiniz. Əcnəbi isə bunu bacarmaz".

Vural həmçinin Azərbaycann klublarından birini çalışdıracağı ilə bağlı xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, 5-6 il öncə "Xəzər Lənkəran"da baş məşqçilik edə bilərdi: "Mübariz Mənsimov dostumuzdur. 5-6 il öncə "Xəzər Lənkəran"a gələ bilərdim. Ancaq o zaman vəziyyət buna imkan vermədi".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq